Sorğu
Оцените работу движка

26 Okt 10:32Olke

Azərbaycan komandası cüdo üzrə “Böyük dəbilqə” turnirini 4-cü yerdə başa vurub

Azərbaycan komandası cüdo üzrə “Böyük dəbilqə” turnirini 4-cü yerdə başa vurub
Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirini Azərbaycan komandası 1qızıl, 2 bürünc medalla başa vurub.

XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, yığma komandanın aktivinə qızıl medalı milli komandamızın üzvü Rüstəm Orucov (73 kq), bürünc medalları isə Orxan Səfərov (66 kq) və Məmmədəli Mehdiyev qazandırıblar. Digər idmançılarımızdan Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda təsəlliverici görüşdə uduzaraq 7-ci yeri tutub. Bu nəticə ilə Azərbaycan komandası 4-cü yerdə qərarlaşıb.

İdmançılarımız, həm də, Tokio Olimpiya Oyunlarına lisenziya xalları qazanıblar.

Ümumi nəticələrə görə, Rusiya 3 qızıl, 2 gümüş, 1 bürünc medalla birinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 17 cüdoçu ilə iştirak edib. Yarışda 61 ölkədən 405 idmançı mübarizə aparıb.









Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi