Sorğu
Оцените работу движка

24 Avq 17:40Olke

Məktəblilərimizdən sevindirici xəbər: Bir qızıl, üç gümüş medal

Məktəblilərimizdən sevindirici xəbər: Bir qızıl, üç gümüş medal


“IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlər böyük uğura imza atıblar.

“Respublikaxəbər.az” xəbər verir ki, Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı qızıl, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri Asiman Ziyyədinov, Sədiyar Qafarov və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov gümüş medala layiq görülüblər.

Təhsil Nazirliyindən verilən məlumata görə, bununla da sözügedən olimpiadada 1994-cü ildən iştirak edən şagirdlərimiz tərəfindən ümumilikdə üç qızıl, doqquz gümüş və 12 bürünc medal əldə olunub.

1992-ci ildən Azərbaycanı müxtəlif olimpiadalarda təmsil edən məktəblilər 29 qızıl, 205 gümüş və 263 bürünc medal olmaqla ümumilikdə 497 medal əldə ediblər. 2013-cü ildən bu günə qədər səkkiz qızıl, 53 gümüş və 133 bürünc medal olmaqla, 194 medal qazanılıb ki, bu da bütün medalların təxminən 40 faizini təşkil edir.

Qeyd edək ki, 7-12 avqust tarixlərində virtual təşkil edilən bilik yarışına 52 ölkədən 200-dən çox şagird qatılıb. Yarışa hazırlıq prosesi artıq altı ildir ki, fəaliyyət göstərən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilir.

Xatırladaq ki, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil edilən hazırlıq prosesinə hər il müxtəlif yaş qrupları üzrə 300-ə yaxın şagird cəlb edilir. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələri və ya Respublika fənn olimpiadası qalibləri arasından seçilir.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi