Sorğu
Оцените работу движка

31 May 14:13Idman

Ramil Quliyev İsveçdə növbəti medalını qazandı

Azərbaycanlı atlet Ramil Quliyev İsveçin paytaxtı Stolkholmda keçirilən Brilyant Liqa yarışının 200 metr yarışlarında növbəti medalını qazanıb.

Türkiyə adından çıxış edən Quliyev finişə 20.40 saniyəyə çatmaqla ikinci olub.

Halbuki o, ötən il bu yarışda 19.22 nəticə göstərərək birinci olmuşdu.

Qeyd edək ki, birinci yeri kanadalı Aaron Braun tutub. O, 20.06 saniyəyə finişə çatıb. Trinidada və Tobaqodan olan Cerim Riçards isə 20.45 nəticə ilə bürünc medal qazanıb.

Yeri gəlmişkən, Aaron Braun Ramil Quliyevi necə qabaqlamasından danışıb:

"Bilirəm ki, 200 metrdə dünyada ən yaxşı start götürənlərdən biriyəm. İlk 100 metri sürətli qaçıram. Mənim rəqiblərim finişə yaxınlaşanda çox güclü qaçırlar. Ona görə də başlanğıcda onlarla aramdakı fərqi yaratdığıma əmin oldum və sonra bu məsafəni qorumağa çalışdım.

Oyun planım belədir. Quliyev güclü finişçidir. O, bir neçə dəfə məni keçib. Amma bu dəfə onunla aramda məsafə qoymağa çalışdım və bunu sonadək qoruyub saxladım".

oxu.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi