Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Avq 14:53Oxucu-Mektublari
Əlillərə verilən maşınlar niyə nömrəsiz sürülür? - FOTO
Son günlər ölkədə nömrəsiz maşın sürənlərin sayı artıb. Sosial şəbəkələrdə bununla bağlı bir çox görüntülər paylaşılır. Bildirilir ki, nömrəsiz maşın idarə edənlər sürət həddini aşıraraq, təhlükə yaradırlar.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Arzu Kürsüm Babazadə əlillər və şəhid ailələrinin onlara verilən addan istifadə edib qaydaları pozmamalı olduğunu bildirib.
“Onlar cəmiyyət üçün ən lazımlı adamlardır. Amma qanun və qaydaların icrası vacib faktordur. Qanunları heç kim pozmamalıdır. Müharibənin od-alovundan çıxıb, qəzada ölmək də yaxşı bir şey deyil. Çünki bir dəfə qanunu pozan, hər cürə avtomobillə hərəkət edən, sonda avtoqəza törədir. Bu isə başqa insanların həyatına bilərəkdən müdaxilədir. Bununla bağlı nəzarət mexanizmi güclənməlidir. Qanunu pozan qaziyə də, əlilə də polis güzəşt etməməlidir. Edilən güzəştlər sonradan geniş miqyas alır”.
Ekspert hesab edir ki, bu hallara Bakıda rast gəlinir və belə sürücülər polislər tərəfindən bağışlanılır:
“Qazi, şəhid ailəsi nömrəsiz maşın sürür. Polis müdaxilə edən zaman öz adından xahiş edir. Çox vaxt polislər də onları bağışlayır, cərimə yazmırlar. Artıq bu kimi hallar bütün cəmiyyətə səs salıb ki, bəli, onları polis heç bir zaman cərimələməyəcək. Adi insanlar da bunu eşitdikləri zaman, onu saxlayan polisə əlil, qazi olduğunu deyib, canını qurtarır. Ümumiyyətlə, bu riskli və bağışlanmayan məsələlərdir”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi