Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 İyl 18:22Bolge-Xeberleri
ADI ŞƏHİDİN, DADI VAHİDİN, QAZI ADI İLƏ YALANDAN YAZI.
Qazi və Şəhid ailəsi adından şəxsi adamlar meşəni məhv ediblər. Bu barədə Respublikaxəbər.az xəbər verir ki, 6 iyul 2021-ci il tarixdə axşam saatlarında saytın rəhbəri E.Gülüyev Şəkinin Baş Göynük kəndində olarkən üzərində DQN-nişanı olmayan Ural markalı yükmaşının tam dolu vəziyyətdə iri gövdəli yaş odunla kəndin mərkəzinə doğru hərəkət etdiyini və kəndin yuxarı hissəsinə getdiyini görüb. E.Gülüyev həmin maşının üzərində DQN-nişanı olmadığı üçün şübhələnərək maşını izləyir, maşın gedib son nöqtəyə çatmağa az qalmış, özünün geri qayıtdığını deyir. Geri qayıdarkən özünün tanıdığı Şəki rayon Meşə İdarəsində işləyən, əməkdaşına zəng edərək həmin vəziyyətlə bağlı məlumat verib. Əməkdaş isə həmin odunun daşınmasından xəbəri olduğunu və Meşə İdarəsinin rəhbərliyi tərəfindən 44 günlük müharibədə yaralanaraq Qazi olan bir şəxsə verildiyini deyir. E.Gülüyev Qaziyə verilir sözünü eşitdiyi zaman, "Tamam, çox sağolun, Allah razı olsun" desə də ürəyində nə isə bir rahatlıııq olmur və şübhələnir ki, bu cavab yalan ola bilər. Yəni ki, Qazi adından istifadə edilməyə oxşayır. E.Gülüyev də onun yalanını aşkar etmək məqsədi ilə deyir ki, o zaman belə edək, sabah gedib həmin odun töküldüyü yerə (evə), (məhləyə) baxaq, həmin evdə Qazi varsa, bir maşın da quru odun mən verirəm. Yox, Əyər qazi olmazsa, bir maşın da quru odun sən verəcəksən! Bu təklifdən sonra Meşə İdarəsinin əməkdaşı aciz qalır və susur. Daha sonra E.Gülüyevin atasının yanına iki nəfər digər bir şəxs gəlib, həmin odunu Şəki rayon, Baş Göynük kənd şəhidi Əhməd Teymur oğlunun valideynlərinə gətirildiyini və Elyaz Gülüyevin heç bir yerə şikayət etməməsini xahiş edirlər. E.Gülüyev həmin şəxslə əlaqə saxlayaraq həmin şəxsdən odunun həqiqətən də şəhid ailəsinə gətirilməsi barədə soruşur, həmin şəxs də bir daha təsdiqləyir ki, " Bəli, həmin odun, şəhid ailəsinə Əhməd Hacıyusibovun atası Teymur üçün gətirilib." E.Gülüyev şəhidin anası Təranə xanımla əlaqə saxlayır, şəhid anası isə onlara nəinki bir Ural maşını odun, heç bir yarma da olsa belə odun verilməyib deyib. E.Gülüyev təkrar həmin şəxsə zəng edib deyir ki, Siz niyə yalan danışırsız? Şəhid anası deyir ki, onların məhləsinə odun tökülməyib. Bu zaman da, həmin şəxs hazırda təsdiqini tapmayan bir yalan danışaraq bildirib ki, odun, digər bir məhlədə yarılaraq səliqəli şəkildə şəhid Hacıyusibov Əhməd Teymur oğlunun valideynləri yaşayan məhləyə töküləcək.
Burada bir məsələni də qeyd edərək bildirmək istəyirik ki, E.Gülüyev deyir ki, əvvəla həmin odun nə üçün Şəhid Əhmədin valideynlərinin yaşadığı həyətə tökülərək orada yarılmır? Bundan əlavə həmin odun, şəhid Əhmədin valideynləri yaşayan məhlədən təxminən 1km-1.5 km yuxarı məhləyə nə üçün aparılıb? Yaxşı onu da bildik! İndi izləyək görək ki, həmin odun Şəhid ailəsinin məhləsinə yarılaraq gətiriləcəkmi?
Hazırda araşdırmamız davam edir, Şəki rayon, Meşə idarəsindən həmin sürücünün kimliyi və odun tökülən məhlənin kimə məxsus olması, daha sonra da həmin şəxslərin barəsində Hüquq-Mühafizə orqanlarına məlumat veriləcəyi, araşdırma aparılaraq nəticə barədə redaksiyamıza məlumat veriləcəyi bildirilib.
Onu da qeyd edək ki, bu və bunun kimi digər qanunsuzluqlara yol verərək cinayət əməli törədənlərin, və həmin cinayət əməlini törədən şəxslərin törətdiyi cinayət əməlinə göz yumanların barəsində tam, obyektiv, qərəzsiz, hərtərəfli və ədalətli araşdırma aparılaraq barələrində ciddi tədbir görülməsi üçün tərəfimizdən ölkə rəhbərinə və digər aidiyyatı orqanlara rəsmi məlumat məktubu hazırlanır.
Nəticə barədə dəyərli İzləyicilərimizə məlumat verəcəyik!
Qarşı tərəfi dinləməyə hazırıq!
Respublikaxəbər.az.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi