Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Apr 00:39Olke
Nəsimi Rayon, İcra Hakimiyyətinin Məişət Tullantılarının daşınması üçün ayrılmış maşınlar nə daşıyır? kimə və hara xidmət edir?
Respublikaxəbər.az, bu dəfə Siz İzləyicilərə Nəsimi rayon İcra Hakimiyyətinin 52 saylı Mənzil Kommunal İstismar İdarəsindən məlumat verəcək.
Belə ki, Bu gün təxminən günorta saatlarında Respublikaxəbər.az-ın rəhbəri Elyaz Gülüyev Nəsimi rayon, Nəcəf Bəy Vəzirov küçəsi 52 ünvanda olarkən bir məsələ onun diqqətini çəkib. Belə ki, Nəcəf Bəy Vəzirov küçəsində, Nəsimi RPİ-nin 21 saylı PB-dən təxminən 50-60 metr yuxarı hissədə, heç kimə mane olmayan, hətta həmin ünvanda yerləşən çoxmərtəbəli binanın sakinləri üçün daha əlverişli olan məişət tullantı qablarının həmin ərazidən götürərək, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin yaxınlığına qoyulması Elyaz Gülüyevin diqqətini çəkib. Elyaz Gülüyev həmin məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin 52 saylı Mənzil Kommunal İstismar İdarəsinin rəisi İqrar müəllimə sosial şəbəkə (vhatsap) vasitəsi ilə məlumat vermiş və İqrar müəllimdən mövqe bildirməsini xahiş etmişdir. İqrar müəllim isə E.Gülüyevə məlumat verərkən həmin qabların götürülmə səbəbini izah edərək bildirmişdir ki, Pilot Layihədir, Bundan əlavə həmin məişət tuılantılarını daşımaq üçün böyük maşınlar ora daxil ola bilmir. Odur ki, ona görə hər biri ümumilikdə Türkiyə Səfirliyinin yaxınlığına yerləşdirilmişdir. Amma bir neçə dəqiqə sonra E.Gülüyevin müşahidəsi zamanı görüb ki, bir nəfər şəxs, yaxınlıqda olan qarajların birinin içərisindən arabalarla torpağı çıxarıb, həmin əvvəlki zibil qablarının yerinə tökür. E.Gülüyev yaxınlaşıb həmin şəxsə iradını bildirir ki, oranı zibilləmə. Həmin şəxs isə bildirir ki, dünən də çıxarıb çölə toplamışdıq, sonra maşınla götürdük. Bu gün də yenə ora tökürük ki, maşına yığmaq rahat olsun. Üzərindən 30-35 dəqiqə keçməmiş E.Gülüyev görür ki, Nəsimi RİH-nin məişət tullantıları üçün ayrılmış xidməti avtomobili zibil qabları olmayan yerdə dayanıb, qarajdan çıxarılan torpağı yığmaq istəyir. E.Gülüyev onlarara yaxınlaşaraq kənardan müşahidə etdiyini gördükdə, həmin maşın oradan uzaqlaşıb. E.Gülüyevə çox maraqlı qalıb ki, Nəsimi RİH-nin Məişət Tullantıları üçün ayrılmış xidməti maşını kimə və hara xidmət edir? Nəticə etibarı ilə E.Gülüyevin onları müşahidə etməsini hiss etdikdə həmin maşın oradan boş olaraq uzaqlaşıb. Bu barədə tərəfimizdən Ölkə rəhbərinə və Nəsimi RİH-nin başçısı cənab Asif Əsgərova məlumat məktubu hazırlanır. Onu da qeyd edək ki, E.Gülüyev deyirb ki, görəsən bu maşın dövlətdən əlavə məxfi yolla pul qazanırmı? Həm də əlavə olaraq orada olan tanımadığımız bir nəfər bildirdi ki, diyəsən həmin zibil qablarının yerində hər hansı bir şəxs ticarət obyekti tikmək istəyir. Deyilənlərin doğru olub-olmaması hələ bizə məlum deyil. Nəticə barədə əlavə bildirilən mövqelərdən sonra məlumat veriləcəkdir. Qarşı tərəfi dinləməyə hazırıq!
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi