Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Avq 17:03Iqtisadiyyat
Nömrəsiz maşınları kim və necə idarə edir? - DYP-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əlillərə verilən avtomobillərin bəzi hallarda dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi barədə yayılan iddialara münasibət bildirib.
Respublikaxeber.az “oxu.az”a istinadən xəbər verir ki, bununla əlaqədar Baş İdarədən verilən məlumatda bildirilib:
“Fiziki məhdudiyyətli şəxslərə dövlət tərəfindən verilmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi və belə hallara qarşı biganə münasibət bəslənilməsi ilə bağlı vaxtaşırı olaraq kütləvi informasiya vasitələrində, xüsusilə sosial mediada məlumatlar paylaşılır, fəal müzakirələr aparılır.
Cəmiyyət üçün həssas olan bu mövzunun yenidən gündəmə gəldiyini və bəzən də əsassız şərhlərlə rastlaşdığımızı nəzərə alaraq məsələyə münasibət bildirməyi məqsədəmüvafiq hesab edirik.
Bu gün hər kəs yaxşı bilir ki, ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının etibarlı müdafiəsi və daha da təkmilləşdirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, tibbi-sosial reabilitasiyası ilə bağlı çevik dövlət siyasəti həyata keçirilir.
Təbii ki, sıralarında xidməti vəzifə borcunu yerinə yetirərkən sağlamlığını itirmiş yüzlərlə polis və hərbi qulluqçunun olduğu daxili işlər orqanlarının, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən də hər zaman fiziki məhdudiyyətli şəxslərə xüsusi diqqət və qayğı göstərilib, şəfqətlə yanaşılıb, veteranlar, ağsaqqallar, tanınmış şəxslərlə birgə mütəmadi olaraq onlarla görüşlər təşkil edilib, layihələr həyata keçirilib.
Lakin təəssüflə qeyd edirik ki, bu gün ictimai müzakirəyə səbəb olan faktlar da danılmazdır.
Çünki əlilliyi olan bəzi şəxslər sui-istifadə hallarına yol verərək nəqliyyat vasitələrini dövlət qeydiyyat nişanı olmadan nümayişkəranə şəkildə idarə edir ki, bu da kobud qayda pozuntusu olmaqla yanaşı, həm də qanunlara və digər hərəkət iştirakçılarına hörmətsizlik ifadə edir”.
Açıqlamada həmçinin qeyd edilib ki, avtomobilin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi sürücüdə inzibati məsuliyyətdən yayına biləcəyi barədə yanlış təsəvvür formalaşdırır.
Bu da onu təkrar və daha təhlükəli qayda pozuntuları törətməyə və bununla da həm özünün, həm də digər günahsız insanların həyat və sağlamlığının itirilməsi ilə nəticələnəcək qəzalara sövq edir.
“Qanunun aliliyini rəhbər tutaraq belə xoşagəlməz hallara qarşı loyal mövqedə olmadığını dəfələrlə həyata keçirdiyi qətiyyətli tədbirlərlə bəyan edən Dövlət Yol Polisi əməkdaşları bu gün də yollarda inzibati xəta törətmiş əlilliyi olan şəxsləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, bir daha qayda pozuntularına yol verməmələrinə dair onlara xəbərdarlıq edirlər.
Xəbərdarlığa baxmayaraq, qaydaları təkrar pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülür.
Unutmaq olmaz ki, hər zaman sevgi və qayğı ilə əhatə olunan fiziki məhdudiyyətli insanlar, müharibə veteranları arasından bəzən bir şəxsin qanunlara qarşı hörmətsizlik nümayiş etdirməsi bu kateqoriyadan olan digər şəxslərə qarşı cəmiyyətdə mənfi rəyin formalaşmasına rəvac verir”, – deyə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi