Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Sen 09:44Olke
Nəsimi rayonunda abadlıq işləri davam etdirilir
Respublikaxəbər.az xəbər verir ki, paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti boyunca genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri başa çatdırımış, Moskva prospekti 46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri aparılmış, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə söhbətgahlar qoyulmuşdur. Görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə yeni yaşıllıq zolaqları salınmış, mövcud yaşıllıqlar bərpa edilmişdir. Tbilisi prospekti boyunca istinad divarlarında bərpa və rənglənmə işləri başa çatdırılmışdır.
Rayon ərazisində hazırda görülən işlər sırasında “Abad Həyət” layihəsi çərçivəsində A.Mustafayev küçəsi 10, 12, Cavadxan küçəsi 10, 12, 16, 18 ünvanlarını əhatə edən ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri həyata keçirilir.
Görülmüş işlər çərçivəsində A.Mustafayev küçəsi 10, 12 ünvanda binaların fasadları təmir edilmiş, hazırda həyət sahəsində torpaqlama işləri aparılır. Vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə bir ədəd söhbətgah quraşdırılmışdır.
Cavadxan küçəsi 10, 12, 16, 18 ünvanlarını əhatə edən ərazidə son tamamlanma işləri aparılır, hazırda yeni asfalt örtüyünün çəkilişi davam etdirilir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər