Sorğu
Оцените работу движка

07 May 15:20Olke

Xətai rayonunda küçələr abadlaşdırılır - FOTO

Xətai rayonunda küçələr abadlaşdırılır - FOTO

Xətai rayonu, İnqilab İsmayılov küçəsi 56, 58, saylı ünvanında abadlıq işləri yekunlaşıb, 3, 5, 7 saylı ünvanlarda isə yekun tamamlama işləri aparılır.
Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai Rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır. Abadlıq işləri yekunlaşan növbəti küçə İnqilab İsmayılovdur.

Görülən işlər çərçivəsində qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülüb, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılıb.Yaşayış binalarının yaxınlığında müasir standartlara cavab verən park və bağlar salınıb, küçə boyu yeni yaşıllıq zolaqları salınıb, hərəkət hissələrinə qəmbər daşlar döşənib, uşaq oyun-əyləncə meydançaları, oturacaq və söhbətgahlar, su fəvvarəsi, idman meydançası və idman qurğuları quraşdırılıb.

Həmçinin, yaşayış binalarının fasadları rənglənib. Abadlaşdırılan bütün ərazilər ən müasir işıqlandırma sistemləri ilə təchiz olunub. Küçə boyu velosiped zolağı salınıb, avtomobil yolunun kənarlarına bordürlər düzülüb, piyada səkiləri çəkilib.

Məlumat üçün qeyd edək ki, hazırda rayon ərazisində 13 ünvanda yaşayış binalarının həyətlərinin abadlaşdırılması işləri davam etdirilir. Burada çalışanların əksəriyyəti işsizlik problemi ilə üzləşən və DOST iş mərkəzi tərəfindən işlə təmin olunaraq rayon ərazisində gedən abadlıq-quruculuq işlərinə cəlb olunan rayon sakinləridir. Sonradan həmin şəxslər salınan parklara və yaşıllıqlara nəzarət və qulluq üçün burada işlərini davam etdirib.










Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi