Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 May 21:04Siyaset
Ramil Usubov yeni inzibati binaların açılışında iştirak etdi - FOTO
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günündə - mayın 10-da Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhlükəsizlik İdarəsinin və Respublika Hospitalının Reabilitasiya Mərkəzinin yeni inzibati binalarının açılışları olub.
DİN-in mətbuat xidmətindən Sonxeber.az-dan istinadən Respublikaxeber.aza bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov hər iki tədbirdə iştirak edib.
Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyəti üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib.
General-polkovnik Ramil Usubov xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, ölkəmizin siyasi, hərbi və iqtisadi qüdrətinin daha da yüksəldilməsi istiqamətində aparılan geniş quruculuq işləri, fəal hüquq mühafizə siyasəti daxili işlər orqanlarının da fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidməti iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb. Bu ali diqqət və qayğı nəticəsində hər il yeni obyektlərin istismara verildiyini xatırladan nazir elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin xidməti fəaliyyətdə tətbiqinə böyük önəm verildiyini nəzərə çatdırıb. R.Usubov bütün bunların şəxsi heyətin xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırdığını qeyd edib.
Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət göstərilən yüksək diqqətə əməli işlə cavab verəcək, asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcək.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi