Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Avq 10:55Olke
Nəsimi rayonunda abadlıq işləri davam etdirilir
Respublikaxəbər.az-ın məlumatına görə Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti boyunca genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri başa çatdırımış, Moskva prospekti 46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri aparılmış, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılmışdır.
Görülmüş işlər çərçivəsində 3000 kv.m-dən artıq qazon örtüyü vurulmuş, 2500 kv.m-ə yaxın səki daşları yenilənmiş, 1900 p/m yeni bardür quraşdırılmışdır.Əraziyə 2000 kv.m-dən artıq asfalt vurulmuş, yaşıllıqların sulanması üçün yeni su xəttləri çəkilmiş, yeni salınmış yaşıllıqların mühafizəsi üçün dəmir barmaqlıqlar quraşdırılmış, 600-dən artıq müxtəlif növ həmişəyaşıl ağac və kollar əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə söhbətgahlar qoyulmuşdur. Görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə yeni yaşıllıq zolaqları salınmış, mövcud yaşıllıqlar bərpa edilmişdir. Tbilisi prospekti boyunca istinad divarlarında bərpa və rənglənmə işləri başa çatdırılmışdır.
Hazırda Moskva prospekti, 20 Yanvar, A.Məhərrəmov və M.Cəlal küçələrinin əhatə etdiyi kvartalda ( “Şamaxinka” deyilən ərazidə) genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri həyata keçirilir.
Görülmüş işlər çərçiivəsində Moskva prospekti 96 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri yaşayış sahələrinin fasadları təmir olunur, pilləkənlər və istinad divarları əsaslı təmir edilir. Hazırda 250 kv.m sahəyə səki daşı döşənmişdir.Vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə bir ədəd söhbətgah quraşdırılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
Rayonun həm mərkəzi, həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır və bu işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər