Sorğu
Оцените работу движка

05 Avq 16:38Olke

Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir


Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırda Moskva prospekti boyunca yaşayış binalarının fasadlarında bərpa və rənglənmə işləri davam etdirilir, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılır, görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılır, yeni yaşıllıq zolaqları salınır.

Görülmüş işlər çərçivəsində 2400 kv.m-dən artıq qazon örtüyü vurulmuş, 2000 kv.m-yə yaxın səki daşları yenilənmiş, 900 p/m yeni bardür quraşdırılmış, yaşıllıqların sulanması üçün yeni su xəttləri çəkilmişdir. Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə söhbətgahlar qoyulmuşdur.

Hazırda Tbilisi prospekti boyunca istinad divarlarında bərpa və rənglənmə işləri davam etdirilir, yeni yaşıllıq zolaqları salınır, mövcud yaşıllıq zolaqlarında abadlıq işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, başlanılmış abadlıq-quruculuq işləri davam etdirilir.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi