Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Sen 21:35Hadise
VƏTƏNDAŞ, HƏM SƏHİYYƏ İŞÇİSİNİN, HƏM DƏ POLİS TƏHQİQATÇISININ FƏALİYYƏTLƏRİNDƏN NARAZIDIR.
Respublikaxəbər.az xəbər verir ki, 15 iyul 2023-cü il tarixdə yol qəzası baş verməsinə baxmayaraq, hələ də təhqiqatçı qərar qəbul etməyib.
Bu barədə redaksiyamıza Mamedova Lala Asaf qızı müraciət edib.
Müraciət edən Lala Mamedova bildirib ki, 15 iyul 2023-cü il tarixdə qızı Kamilla Karimova, rəfiqəsinin evinə qonaq gəlmiş, sonra rəfiqəsinin miniyi ilə Novxanı qəsəbəsi ərazisində yerləşən Grand marketə alış-veriş üçün gəlmişlər, qayıdarkən də qızı Kamilla Karimova rəfiqəsi ilə birlikdə həmin miniyə sərnişin qismində minib geri qayıtdıqları zaman, yol qəzası keçirib. Vətəndaşın dediyinə görə, nə xəstənin sahibləri xəstəyə diqqət yetirmirlər, nə də ki, təhqiqatçının araşdırması yekunlaşmır. Zərərçəkmiş hadisəni tam təfərrüatı ilə belə izah edir.
O, bildirir ki, 15 iyul 2023-cü il tarixdə qızı Kamilla Karimova, rəfiqəsi Həsənova Mədinə Emin qızının eşevinə qonaq getmiş, sonra Mədinənin miniyi ilə Novxanı qəsəbəsi ərazisində yerləşən Grand marketə alış-veriş üçün getmişlər, qayıdarkən də Mədinə, öz sevgilisi ilə yolda yarış təşkil etmiş, nəticədə hər iki sevgilinin minikləri toqquşaraq, yol nəqliyyat hadisəsinə və hadisə zamanı da şəxsin ağır xəsarət almasına səbəb olmuşdurlar. Bundan sonra hadisə yerində olan şəxslərdən əvvəlcə heç kim, Səhiyyə Nazirliyinin Təcili Təxirə salınmaz Tibbi Yardım Xidmətinə (103) zəng etməmiş, lakin, xəsarət alan şəxsin vəziyyətinin getdikcə ağır olduğunu görən bir nəfər şəxs, yaxınlıqda olan TTSTY xidməti bölməsinə getmiş, hadisə ilə bağlı məlumat vermiş, həmin bölmədə olan tibb işçisi növbəsinin bitdiyini deyərək, xəstəyə ilkin tibbi yardım göstərməyə gəlməkdən imtina etmişdir. Digər bir tibb işçisi də yəni, yeni növbəyə gəlmiş bir şəxs də xəstəyə ilkin tibbi yardım göstərməyə gəlməkdən imtina etmişdir. Lakin, vəziyyətin tam ağır olduğunu görən PPX-avtomobili ilə xidmətdə olan polis əməkdaşları xəstəni avtomobilləri ilə Sumqayıt Şəhərinə Travmotologiya şöbəsinə gətirmişdirlər. Həmin gün xəstənin valideynləri axşam saatlarında xəstələrini öz razılıqları ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ərazisində yerləşən "Baku Mediacal Plaza"ya aparıb, müalicəsini orada davam etdirmişdirlər. 16 gün xəstə həmin klinikada müalicə aldıqdan sonra evə buraxılmışdır. Zərərçəkən xsin valideyninin dediyinə görə Abşeron RPİ-nin TB-nin Təhqiqatçısı vaxtında izahatı almamış, və buna baxmayaraq, hələ də bir qərar qəbul etməmişdir. Həmçinin qarşı tərəfin də bu ailəyə, (xəstəyə) biganə yanaşdıqlarını və çəkilən xərcləri ödəmədiklərini deyir.
Qeyd edək ki, Abşeron RPİ-nin TB-nin Təhqiqatçısı ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı məlumat aldıq, təhqiqatçı toplanmış materialları aidiyyatı üzrə Abşeron RPİ-nin İŞ-nə göndərdiyini, əvvəlcə ekspertiza rəyi ilə bağlı olaraq, materialın geri qaytarıldığını və təkrar istintaqa göndərdiyini bildirdi.
Odur ki, diqqətinizə çatdıraraq bildiririk ki, bu barədə tərəfimizdən AR-DİN-nə və digər qurumlara rəsmi məlumat məktubu ünvanlanacaqdır.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi