Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Dek 22:49Hadise
POLİS BÖLMƏSİNDƏ XADİMƏÇİ İŞLƏYƏN XANIM, BÖLMƏ RƏİSİNƏ ÇATMALIDIR DEYƏRƏK RÜŞVƏT ALIB?
Respublikaxəbər.az xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci PB-də xadiməçi işləyən Məmmədova Mənsurə Şükür qızının, Bakı şəhərində yaşayan Niftullayeva Mətanət Həmid qızından rəisə çatmalıdır deyərək, müəyyən məbləğdə pul alması lakin, vədinə də əməl etməməsi barədə redaksiyamıza zərərçəkmiş tərəfindən müraciət edilmişdir.
Zərərçəkmiş, Mətanət Niftullayeva Həmid qızı, müraciətində bildirmişdir ki, O, bu barədə aidiyyatı qurumlara da müraciət etmişdir. Nəticə etibarı ilə sonuncu araşdırma Nəsimi RPİ-nin 19-cu PŞ-nin TB-də Cəmaləddin adlı təhqiqatçının icraatında olmuş, Cəmaləddin adlı təhqiqatçı da zərərçəkmişin izahatını almadan 27 oktyabr 2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir.
N.Mətanətin sualı birinci növbədə bu oldu ki, təhqiqatçı məni dindirmədən necə qərar qəbul edib?
Bundan əlavə də Mətanət Niftullayeva bu məsələ ilə bağlı, RPİ-nin rəisinin qəbulunda da olmuş, Rəis, zərərçəkmişi gözlədərək, qarşı tərəfi də dəvət etmiş, qarşı tərəf, Məmmədova Mənsurə Şükür qızı, rəisin yanında üzləşmə olan zaman, Mətanət Niftullayevadan həmin məqsədlə və əlavə olaraq da borca da pul aldığını etiraf etmişdir.
Rəis də Məmmədova Mənsurə Şükür qızına bildirmişdir ki, "Səni işdən azad etmirəm, ona görə ki, get işlə aldığın pulu qaytar! Əks təqdirdə bizim işgüzar nüfuzumuza xələl gətirən işçi mənə lazım deyil!" Həmin vaxtı da Məmmədova Mənsurə Şükür qızı bildirib ki, mən əmək haqqı kartımı verərəm, ondan götürər. Lakin hər bir məsələ rəisin yanında qalıb. Necə deyərlər: Arazda buz ağladı, Yanda yarpız ağladı. Oğlan o tayda qaldı, Bu tayda qızı ağıladı. Mətanət öz evinə, Mənsurə isə öz evinə.
İndi Mətanət Niftullayeva deyir ki, Məmmədova Mənsurə Həmid qızı, yenə də öz işində işləyir. Zərərçəkmiş onu da bildirdi ki, hesab edirəm ki, bu xadimə bölmə rəisi ilə əlbir ola bilər. Bəlkə də mənim kimi neçə insana qarşı belə dələduzluq edib.
Hazırda bu günkü məlumata görə Mətanət Niftullayeva bildirdi ki, RPİ-dən ona bildirilib ki, şikayət əsasında DİN-də araşdırma aparılır.
Vətəndaş təkrar müraciət edərək bildirdi ki, Ona Nəsimi RPİ-dən, həmçinin Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısının verdiyi qərarda borc olaraq verdiyi pul ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuş, Məhkəməyə mülkü qaydada iddia ərizəsi ilə müraciət etməsi ilə bağlı ondan həm borc alan,həm də ona qarşı dələduzluq edən şəxsin barəsində yaşayış yeri haqqında məlumat verilməsini rəsmi ərizəsi ilə xahiş etmiş, təhqiqatçı isə ona məlumatı verməkdən imtina etmiş və bildirib ki, get vəkilin gəlsin. Zərəçəkmiş də öz hüquqlarını müdafiə edə biləcəyi təqdirdə vəklil tutmağa ehtiyyac olmadığını, vəkil tutmağın zəruri olduğunun hansı qanunvericilikdə olması barədə öyrənmək istəyib.
Zərərçəkmiş, şikayəti əsasında DİN-də araşdırma aparılıb-aparılmaması barədə dəqiq məlumatlanması üçün DİN-nə rəsmi müraciət məktubu ünvanlayacağını deyib.
Odur ki, biz də tərəfimizdən Azərbaycan polisinin işgüzar nüfuzuna xələ gətirən xanım Məmmədova Mənsurə Şükür qızının barəsində araşdırmanın tam, obyektiv, qərəzsiz və hərtərəfli aparılması məqsədi ilə DİN-nin rəhbərliyinə rəsmi məlumat məktubu ünvanlayacağıq.
Qarşı tərəfi dinləməyə hazırıq!
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi