Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
01 Dek 12:16Cemiyyet
ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN MÜLKİYYƏTİNDƏ OLAN TORPAĞI KİM VƏ NECƏ SATIB? BAŞ GÖYNÜKDƏ ATA-OĞUL DƏLƏDUZLUQ EDİB?
RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Şəkidə dələduzluq edən ata-oğul barəsində qanuni tədbir görülmür.
Respublikaxəbər.az-a şikayət edən Şəki rayon, Baş Şabalıd kənd sakini Məmmədov Mehrəli Əhmədiyyə oğlu, şikayətində Şəki şəhərində S.MÜMTAZ küçəsində Çöl yol deyilən ərazidə "EMBAVOD" mebel mağazasının arxasında torpaq sahəsi almışdır. Şikayəıtçi, həmin torpaq sahəsini Şəki rayonBaş Göynük kənd sakini Məmmədov İmran Mürsəl oğlundan 2600 (iki min altı yüz )manata almışdır. Torpaq sahəsini İmran adlı şəxsdən aldıqdan sonra həmin ərazidə müəyyən tikinti işləri aparmağa başlamışdır. Tikinti işləri apardığı zaman bir nəfər şəxs, Mehrəli Məmmədova yaxınlaşmış və bildirmişdir ki, həmin torpaq sahəsi özünündür, özü də Şəki rayon Baş Göynük kənd sakini Sədiyev Anar İlyas oğlundan alıb. Mehrəlinin yanında həmin şəxs, Anar Sədiyevə zəng edərək baş verənləri ona danışır, Anar Sədiyev də həmin torpağın özünə (Anar Sədiyevə) məxsus olduğunu bildirir və özünün də həmin torpağı Şəki rayon, Baş Göynük kənd sakini Məmmədov Rəşad İmran oğlundan aldğını deyib. Elə bu zaman həm Mehrəliyə, həm də Anar Sədiyevə məlum olub ki, qeyd olunan torpaq sahəsini müxtəlif şəxslərə, müxtəlif qiymətə satan şəxslər ata-oğuldurlar. Yəni ki, Məmmədov Rəşad İmran oğlu, Məmmədov İmran Mürsəl oğlunun övladıdır. Bundan sonra Anar Sədiyev İlyas oğlu, ata-oğulun dələduzluq əməli ilə bağlı Şəki ŞRPŞ-nə rəsmi ərizə ilə müraciət edib, Anar Sədiyevin ərizəsi əsasında Şəki ŞRPŞ-nin İB-də araşdırma aparılıb, Lakin, aparılan araşdırmanın nəticəsində dələduzluq edən şəxslərin barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. dədləduzluq edən şəxslər tərəflərdən aldığı nə pulu qaytarmırlar, nə də ki, torpağı onlara qanuni satmırlar. Təbiidir ki, sata bilməzlər. Çünki, həmin torpaq deyilənə görə dövlətə məxsusdur. Odur ki, şikayətçilər aparılan İstintaq araşdırmasının qərəzli olduğunu bildiriblər.
Qeyd edək ki, Anar Sədiyev tərəfindən redaksiyamıza surəti təqdim edilmiş, Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi Zülfüqar Muradxan Dünyamalı oğlunun qəbul etdiyi qərardan məlum olur ki, həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı ərazi idarəsindən daxil olmuş məktubunda həmin torpaq sahəsinin Məmmədov İmran Mürsəl oğluna və Məmmədov Rəşad İmran oğluna məxsus deyildir. Müstəntiqin qəbul etdiyi qərarda daxil olmuş cavab məktublarından məlum olur ki, həmin torpaq sahəsi Şəki Şəhər İcra Hakimiyyətinin mülkiyyətindədir. Bəs İcra Hakimiyyətinin mülkiyyəti necə satılıb? Bu barədə tərəfimizdən səlahiyyətimiz çərçivəsində araşdırma aparıldıqdan sonra daha ətraflı, tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırma aparılması üçün Şəki Şəhər İcra Hakimiyyətinin başçısına və Şəki Rayon Prokurorluğuna rəsmi məlumat məktubu ünvanlanacaq.
Qeyd edim ki, bir müddət bir bundan öncə İmran Məmmədovdan soruşduqda, İmran Məmmədov, həmin torpağı Şəki rayon Baş Göynük kəndində yaşayan Hökmran Babayevdən aldığını bildirmişdir. Hökmran Babayev də həmin dövrlərdə Şəki Şəhər İcra Hakimiyyətində müəyyən bir vəzifədə işləyirmiş.
Qarşı tərəfləri dinləməyə hazırıq!
RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi