Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 İyl 13:35Bolge-Xeberleri
BAŞ GÖYNÜK SAKİNİN DƏRDİNƏ ÇARƏNİ KİM VƏ HANSI QURUM TAPACAQ
RESPUBLİKAXƏBƏR.AZ-a Şəkinin Baş Göynük kənd sakini müraciət edib.
Müraciət məktubunu olduğu kimi təqdim edirik.
“Media Məlumat Mərkəzi”-nin direktoru
cənab Rövşən Qasımova:
Surəti: “Respublikaxəbər.az” İnformasiya-Xəbər
Portalının rəhbəri cənab Elyaz Gülüyevə
Şəki rayon, Baş Göynük kənd sakini Fəttahov
Azər Mahmud oğlu tərəfindən:
MÜRACİƏT
Hörmətli Rövşən müəllim!
Hörmətli Elyaz müəllim!
Müraciət məktubuma surətlərini əlavə etdiyim müvafiq sənədləri Sizə göndərməklə bildirmək istəyirəm ki, Kolxoz tərəfindən verilməklə 1960-cı ildən zəbt etdiyim 1 hektardan çox torpaq sahəmi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şəki Regional İdarəsi ilə Baş Göynük bələdiyyəsinin sədri Yusif Hüseynəliyev əlbir olaraq mənim əlimdən alıb, digər şəxslərə satmışdırlar.
Belə ki, həmin torpaq sahəsi mənim ailəmin istifadəmizdə olmuşdur. 1996-cı ildə torpaq bölgüsü islahatı zamanı həmin torpaq sahəsinin əkinə yararlı ərazisi pay torpağı kimi mənə verilmiş, 2002-ci ildə həmin ərazi üzrə torpaq sahəsinin kadastrı mənə verilmişdir.
2022-ci ildə ölkə rəhbərimiz cənab İlham Əliyevin torpaq islahatları ilə bağlı verdiyi sərəncamda təmənnasız olaraq torpaq sahələrinə dair çıxarışların verilməsi göstərilmişdir.
Həmin sərəncam əsasında mənə, torpaq sahəmə dair çıxarış verildi. Çıxarışı alarkən mənə məlum oldu ki, həmin çıxarış, ilkin verilən kadastr və peykin xəritəsi ilə uyğun gəlmir. Kadastr Peykə köçürülmüş, Peykin xəritəsi ilə çıxarış uyğun gəlmir. Nəticə etibarı ilə uyğunsuzluq çoxdur. Eyni ilə həmin problemi mənim kimi qardaşımın ailəsi də yaşayır. Bununla bağlı mən dəfələrlə aidiyyatı qurumlara rəsmi ərizə ilə müraciət etmişəm, həmçinin Azərbaycan Respublikasının Prezident Administrasiyasında Şahmar Mövsümovun qəbulunda olmuşam, canlı olaraq şikayətimi bildirmişəm. Lakin mənə heç bir köməklikl göstərilmir. Məktublarıma belə cavab verilmir. Sizdən müraciətimlə bağlı (rayon səviyyəsində aparılan araşdırmalarda hər idarə bir-birlərini müdafiə edir deyə inamım və güvənim qalmadığı üçün ) Respublika səviyyəsində tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırma aparılması üçün müraciətimi ictimailəşdirməyinizi, bundan əlavə də aidiyyatı qurumları məlumatlandırmağınızı xahiş edirəm.
İmza: Fəttahov Azər Mahmud oğlu
Redaksiyamız tərəfindən aidiyyatı qurumlara rəsmi məlumat məktubu ünvanlanacaq,nəticə barədə aidiyyatı qurumlardan redaksiyamıza və eləcə də müraciət müəllifinə verilmiş cavabdan sonra Siz dəyərli izləyicilərə ətraflı məlumat verəcəyik.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər