Sorğu
Оцените работу движка

05 Noy 03:14Hadise

FİZAN BİLMƏZDİ Kİ, QURULACAQ MİZAN

Respublikaxəbər.az, vətəndaş tərəfindən edilmiş şikayət əsasında xəbər verir ki, rayon sakini həmyerlisini aldadaraq ona qarşı dələduzluq edib.

Redaksiyamıza müraciət edən Biləsuvar şəhəri, M. İbrahimov küç, qeydiyyatda olmaqla, hazırda Bakı Şəh., Yasamal ray., D.Bünyadzadə küçəsi (Gülüstan şadlıq sarayının yaxınlığında) müvəqqəti kirayənişin yaşayan İbrahimov Elxan Müqəddəs oğlu, müraciətində əmisi oğlu Elsəvərin vasitəsi ilə tanıdığı Fizan adlı şəxsin, 2022-ci ilin təxminən əvvəlki aylarında Abşeron rayon, Atyalı qəsəbəsində özünəməxsus olmayan torpaq sahəsini özününmüş kimi bildirməklə 0.1 ha-sı 3000 manata olmaqla ümumilikdə 0.2 ha torpaq sahəsini ümumilikdə 6000 manata şifahi olaraq ona satdığını, Lakin, Fizanın, ondan lkin olaraq 2500 manat pul aldığını, qalan 3500 manat pulu isə ona hissə-hissə ödəyəcəyi barədə razılaşma olduğunu bildirmişdir. Şikayətçinin dediyinə görə sonradan 1000 manat da pul əldə etmiş və Fizana zəng edərək bildirmişdir ki, gəlib 1000 manat da götürsün, ona 2500 manat borcu qalsın. Fizan isə dəfələrlə gəlib götürəcəyəm desə də, sonradan gəlməmişdir. Elə həmin vaxt şikayətçiyə məlum olub ki, Fizan, onun etibarımdan sui istifadə edərək onu aldadıb. Şikayətçi ondan dəfələrlə xahiş edib ki,daha torpaq istəmirəm, gətir mənim pulumu qaytar. Fizan da onu aldadaraq dələduzluq yolu ilə aldığı 2500 manat pulun 1000 manatını qaytarıb, qalan 1500 manatı isə qaytaracağını bildirmiş,lakin qaytarmamışdır. Şikayətçi 2022-ci ilin avqust ayında DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat vermiş, məlumatından sonra onu Yasamal RPİ-nin 29-cu PŞ-dən zəng edərək PŞ-də nəvət edərək ərizə və izahatını alıblar.

Hazırda Yasamal RPİ-nin 29-cu PŞ-də təhqiqat araşdırması aparılır.

Şikayətçinin şikayəti əsasında öncə şikayətçinin əmisi oğlu Elsəvər adlı şəxsin mobil əlaqə nömrəsi ilə əlaqə saxlayaraq Fizan adlı şəxsin barəsində Elxan İbrahimovun şikayət ərizəsi ilə müraciət etdiyini bildirməklə ərizədə qeyd olunanları onun diqqətinə çatdırdıq, deyilənlərə qarşı mövqe bildirməsini xahiş etdik. Elsəvər əmisi oğlunun dediklərinin həqiqətə uyğun olduğunu bildirdi və dəfələrlə Fizan üçün əmisi oğlu Elxandan vaxt istədiyini, lakin Fizanın vədinə əməl etmədiyini dedi.

Daha sonra qarşı tərəf olan Fizan adlı şəxsin mobil əlaqə nömrəsi ilə əlaqə saxlayaraq onun barəsində edilən şikayət ərizəsi ilə bağlı məlumat verilmiş, Fizan adlı şəxs də şikayətçinin dediklərinin qismən doğru olduğunu və ondan aldığı pulu ən geci 4 noyabr 2022-ci il tarixdə qaytaracağını deyərək vəd vermiş, Lakin həmin gün də müxtəlif bəhanələr uydurmaqla pulu qaytarmaqdan imtina etmişdir.

Onu da qeyd edək ki, şikayətçi, aparılan təhqiqat araşdırmasından narazıdır. O səbəbdən də redaksiyamıza müraciət edərək müraciətinin ictimailəşdirilməsini və eləcə də tərəfimizdən aidiyyatı qurumların məlumatlandırılmasını xahiş etmişdir.

Odur ki, səlahiyyətimiz çərçivəsində aparılan araşdırma tamalandığından daha ətraflı tam, obyektiv, qərəzsiz, doğru-dürüst və hərtərəfli araşdırma aparılaraq işə hüquqi qiymət verilməsi üçün vətəndaşın müraciət məktubu aidiyyatı üzrə Yasamal RPİ-nə göndəriləcək.


Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: