Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Avq 18:32Hadise
ELYAZ YAZAN: Fərq etməz! PPX-YPX və ya ÇPA! Hər biri bizi qoruyur! Bizim yanımızdadırlar! Yaşasın Azərbaycan polisi!
Respublikaxəbər.az xəbər verir ki, bu gün Binəqədi rayonunda Elyaz Yazana qarşı quldurluq edilib. Onun köməyinə YPX və PPX əməkdaşları çatıb.
Daha ətraflı, Elyaz Yazanın qarşılaşdığı hadisəni onun adından diqqətinizə çatdırırıq.
Hörmətli dostlar!
Bu gün səhər Müşviqabad qəsəbəsindən evdən çıxarkən avtomobilin yanacağına kömək məqsədi ilə "MAXİM TAKSİ" şirkətinin proqramına qoşuldum. Şirkət tərəfindən mənə müştəri verildi. Həmin müştəri, Masazır qəsəbəsinə gəlməli idi. Müştərini ünvandan götürüb qeyd olunan istiqamətə doğru hərəkətə başladım. Bir qədər məsafə qət etdikdən sonra avtomobilin ön oturacağında əyləşən müştəri (kişi) siqaret çəkmək üçün icazə istədi. Mən ona etiraz edərək bildirdim ki, əmican, əvvəla doğulduğum gündən bu günə qədər mənim əlimə nə siqaret, nə də spirtli içkilər dəyməyib. Əlavə olaraq da, qanunvericilikdə qapalı şəraitdə siqaret çəkilməsinə icazə verilmir. Mən nə qədər onunla nəzakətli davransam da, O, öz inadkarlığında dayandı. Sulutəpə dairəsinə çatdıqda, müştəri siqareti yandırmaq istədikdə mane oldum dedim ki, ay kişi olmaz! O isə bildirdi ki, o zaman saxla düşürəm. Mən isə ona bildirdim ki, ödənişi et, sonra düş! O isə "Sənə heç bir məbləğdə pul verməyəcəm dedi. Mən də əlimə mobil telefonumu sağ əlimə götürərək polisə zəng edim gəlib məsələyə aydınlıq gətirsin dedikdə, O,bir əli ilə başıma yumuruq ataraq, digər əli ilə də sağ qolumu buraraq fiziki-zor tətbiq göstərərək əlimdən telefonumu aldı, mənim və polisin ünvanına nalayiq söyüş söydü. Mən ondan telefonumu qaytar dedim, O da mənə dedi ki, vermirəm! məni apar evimə çatdır, sənin ağzını orda ......... deyə nalayiq söyüş işlətdi. Mən dərhal özümü Baş DYPİ-nin Ekoloji Nəzarət YPX bölməsinin yanında dayanmaqla, xidmətdə olan YPX əməkdaşlarının yanına çatdırdım. Onlardan mənə kömək etmələrini xahiş etdim. Onlar da (sağolsunlar, minnətdaram) həmin vaxt ərazidən keçən PPX avtomobilini saxladaraq, həmin şəxsi təhvil verdilər. Bundan sonra mən də Binəqədi RPİ-nin 6-cı PB-nə gəlib, izahat yazdım, Təhqiqatçı avtomobilin yanında mənim fotoşəkillərimi çəkdi, sonra mən bölmədən uzaqlaşdım. Hazırda faktla bağlı Binəqədi RPİ-nin 6-cı PB-nin TŞ-də təhqiqat araşdırması davam etdirilir.
Bu barədə yazmağımın məqsədi əsasən də hadisə barəsində məlumat vermək deyil, sadəcə YPX və PPX əməkdaşlarının mənə operativ olaraq kömək etmələrini dilə gətirib, hər birinə təşəkkür etməkdir. Bu barədə təbii ki, tərəfimdən Azərbaycan Respublikasının DİN-nin rəhbərliyinə təşəkkür məktubu ünvanlanacaq.
Odur ki, polisi sevin, polisə hörmət edin! Polisə hörmət, dövlətə hörmətdir! Mən 2022-ci ildə polisin peşə bayramı ilə bağlı "İLK ÜMİD QAPIMIZ" adlı jurnalı dərc etmişdim. Bir daha bildim ki, mən yanılmamışam. Həqiqətən mən dəhşət qorxmuşdum həmin şəxsdən. Güvəndiyim bir polis idi. 102 yə zəng etməyə imkan verməsə də yenə də Baş DYPİ-nin Ekoloji Nəzarət YPX bölməsinin yaxınlıqda olması mənim ürəyimdə bir rahatlıq yaratdı.
Hörmətlə: Elyaz Yazan
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB