Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 İyn 16:08Cemiyyet
ŞƏKİDƏ TƏHQİQATÇI 10 DƏQİQƏYƏ CİNAYƏTİN ÜSTÜNÜ İSTİ İZLƏRLƏ AÇDI
RESPUBLİKAXƏBƏR.AZ, xəbər verir ki, nömrə satışı ilə məşğul olan şəxsin nömrə satışı ilə yox, dələduzluqla məşğul olması müəyyən olundu.
Belə ki, Respublikaxəbər.az-ın rəhbəri Elyaz (Yazan) Gülüyevə Azərselə məxsus "010" seriyası ilə başlayan onlarla nömrələr təklif olunaraq kampaniya şərtləri əsasında ucuz qiymətə satdıqlarını deyiblər.
Daha ətraflı Elyaz Gülüyevin Hüquq-Mühafizə orqanlarına etdiyi müraciəti olduğu kimi diqqətinizə çatdırırıq.
Elyaz Gülüyev_11 iyun 2022-ci il tarixdə səhər saatlarında işlətdiyim (051) 831 01 01 saylı mobil nömrəmin vhatsapına (010) 525 35 15 saylı mobil nömrədən simaric daxil oldu. Daxil olan simaricdə həm işlətdiyim (051) 831 01 01 saylı mobil nömrəmin 010 seriyası ilə başlayanı, bundan əlavə də 30 ədəd 010 seriyası ilə başlayan qoşa rəqəmli mobil nömrələr göndərildi. Həmin nömrələrin birinin qiyməti 177 manatdır, kompaniyadır deyərək hər birinin balansının da 77 manat danışıq və hər ay olmaqla 3 ay da 50 gb internet paketinin olmasını bildirdi. Mən də qeyd olunan nömrələrin içərisindən (010) 101 01 01 saylı nömrəni seçdim, və sual etdim ki, mən 50 manat avans ödəməklə, 10 gün müddətinə həmin nömrəni ram edə bilərəmmi? Qarşı tərəf də əlbəttə mümkündür deyə cavab yazdı. Və bildirdi ki, həmin pulu (50 manatı) bu gün saat 11:00 a qədər yükləməlisiniz. Mən də həmin vaxtı işim olduğundan yükləyə bilmədim. O isə mənə yazdı ki, Sizin qeydiyyatınız ləğv edildi. Daha sonra mən saat 17 radələrində səsli simaric göndərərək təklifin hələ də aktual olub-olmamasını soruşdum və bildirdim ki, üzrlü hesab edin, hadisə yerində idim. O isə razılaşdı, mən dərhal Bakı şəhər, Yasamal rayon, Müzəffər Həsənov küçəsində yerləşən "NETTO" ticarət mərkəzinə daxil olaraq içəridə olan pul ödəmə aparatından kapital bank bölməsinə daxil olaraq Əliyeva Mətanət Tapdıq qızının kapital bank kart hesabına (4169 7387 8644 1067) saylı hesaba 50 manat ödədim. Daha sonra mənə yenə simaric yazdı ki, ikinci nömrəni də alsan üçüncü nömrə bonus olaraq veriləcəkdir. Mən də üçüncü nömrəni də almaq həvəsi ilə ikinci nömrəni də ram edə bilərəmmi? deyə sual verdim. O yenə də bəli deyərək razılaşdı və axşam saat 21:00 a qədər ödəməyimi istədi, gecikərəmsə kompaniya şərtlərindən məhrum olunacağımı bildirdi. Mən yenə Şamaxı şəhərinə çatmağa az bir məsafə qalmış, yolun kənarındakı ticarət mərkəzlərinin birində pul ödəmə aparatından 55 manat yüklədim. Mənim ona 250 manat borcum qaldığını bildirdi. Axşam saatlarında həmin şəxs, Şamaxı şəhərində olarkən mənə təkrar simariclə yazdı ki, Siz hazırda bank kartınız vasitəsi ilə 189 manat ödədikdə, Siz 250 manat borcunuzu tam ödəmiş olursunuz. Mən dərhal üzərimdə olan pulları toplayıb əvvəl ödəmə aparatı vasitəsi ilə öz hesab kartıma pul vuraraq kartımda 200 manat məbləğində pul olduqdan sonra həmin şəxsin mənə göndərdiyi karta 190 manat pul ödədim. Həmin şəxs də əvvəl bildirdi ki, sabah 3 ədəd qeyd edərək bron etdiyiniz mobil nömrələr Sizə çatdırılacaq. Məndən hansı ünvana göndərəcəklərini soruşdu, mən də Şəki şəhərinə göndərmələrini xahiş etdim. Bir-neçə dəqiqə sonra mən təkrar o nömrəyə simaric yazaraq xahiş etdim ki, Şəki şəhərinə göndərməyin, sabah yaxın tanışlarımdan biri gəlib harda desəniz oradan götürsün. O da olar deyib, 28 may metro-stansiyasının yaxınlığında Azərsell Alpitel mağazasından nə zaman istəsəniz tanıdınız gəlib götürər dedi və beləcə sağollaşdıq. Mənimlə bərabər Şəkiyə gələn həyat yoldaşım bildirdi ki, bəlkə səni aldadırlar. Mən də dedim ki, elə şey olar? Bank hesab kartı, şəxsin adına. Olmaz! Dedim, lakin ürəyimdə şübhə yarandı. Azərsell müştəri xidmətlərinə zəng edərək operatorda əyləşən bəylə telefon zəng əlaqə vasitəsi ilə olub-keçənləri ona danışdım, O isə mənə qarşı dələduzluq edildiyini, elə bir seriyada yəni 101, 111 və 100 lə başlayan mobil nömrələrin mövcud olmadığını bildirdi və pulunuzu dərhal geri tələb edin dedi. Sonra mən həmin şəxsin vhatsapına təkrar salam yazdım, mövzuya keçmək istədim ki, pulu geri qaytarın, Siz məni aldatmısız. Həmin vaxt mənə məlum oldu ki, həmin şəxs mənim nömrəmdən ona mesajın daxil olmasını qadağan etməklə blok edib. Bundan sonra başqa bir digər nömrə ilə yenə vhatsapdan salam yazdım, özümü təqdim etdim, dərhal həmin nömrəni də blok etdi. Bundan sonra mən, mənə qarşı dələduzluq edildiyini tam anladıqdan sonra DİN-nin 102 zəng xidmətinə zəng edərək məlumat verdim. Zəngimdən təxminən 10 dəqiqə sonra Şəki ŞRPŞ-dən mənimlə əlaqə saxlanılaraq izahat yazmağım üçün Şəki ŞRPŞ-nə dəvət edildim. Mən yol gəldiyim üçün yorğun olduğumu və həftənin birinci gün yaxınlaşa biləcəyimi deyərək nəzərə almalarını xahiş etdim.
İndi isə Elyaz (Yazan) Gülüyevin Şəki ŞRPŞ-nin, polis baş Leytenantı Kamal adlı təhqiqatçısının operativ fəaliyyətindən razı qalması ilə bağlı dediklərini qeyd edirik.
Elyaz (Yazan)__ Mən ilkin qeyd etdiyim kimi 11 iyun 2022-ci il tarixdə, mənə qarşı edilmiş dələduzluq hərəkətlərinə görə DİN-nin 102- zəng xidmətinə etdiyim şikayət əsasında 13 iyun 2022-ci il tarixdə Şəki ŞRPŞ-nə getdim, lakin getdiyim zaman elə hesab edirdim ki, təhqiqatçı sadəcə məndən izahat alıb yola salacaq və deyəcək ki, həmin şəxsi taparaq barəsində tədbir görüləcək. Heç də düşündüyüm kimi olmadı, düşündüyümdən daha operativ hərəkətə keçildi və mənə qarşı diqqət-qayğı göstərildi. Qısa olaraq onu qeyd edim ki, təhqiqatçı izahatımı yazdırdıqdan təxminən 7-8 dəqiqə sonra həmin şəxsin kimliyini müəyyən edərək aşkara çıxardı.
Həmin şəxsin Cəlilabad rayon sakini, əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxs olduğunu müəyyən etdi. Təhqiqatçının bu kimi operativ hərəkəti məndə polisə qarşı olan polisi mçoxaltdı demərəm, ona görə ki, məndə əvvəldən də polisə qarşı inam-güvən və həmçinin də məhəbbət hədsiz çox idi, hazırki, təhqiqatçı o inamı, güvəni və məhəbbəti məndə daşdırdı.
Bu barədə mən mütləq və mütləq DİN-nin rəhbərliyinə də təşəkkür məktubu ünvanlayacağımı diqqətinizə çatdıraraq, ilk öncə Azərbaycan Respublikasının DİN-nin rəhbərliyi general-polkovnik cənab Vilayət Eyvazova və cənab Nazir başda olmaqla, DİO-da ləyaqətlə xidmət edən bütün əməkdaşlara, xüsusən də Şəki ŞRPŞ-nin rəisi cənab Azər Muradova, polis baş leytenantı, TB-nin Kamal adlı təhqiqatçısına və eləcə də dəyərli izləyicilərimizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə: Elyaz (Yazan) Gülüyev
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi