Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 May 09:56Cemiyyet
Elyaz (Yazan) POLİS SÖBƏSİNƏ DAXİL OLDUM, ELƏ BİL "CƏNNƏT" Ə DAXİL OLDUM
Polis şöbəsinə daxil oldum, elə bil "Cənnətə" daxil oldum.
Respublikaxəbər.az-ın rəhbəri Elyaz (Yazan)-ın, Ağsu RPŞ-dən - DİN-nin rəhbərliyinə təşəkkür məktubu:
Hörmətli cənab Nazir,
Əvvəla Siz və Siz başda olmaqla DİO-da ləyaqətlə xidmət edən bütün əməkdaşları salamlayıram. Sizə yüksək səviyyədə təşəkkürümüzü bildiririk. Bildiyiniz kimi mən hər zaman Sizi və DİO-da ləyaqətlə xidmət edən bütün polis əməkdaşlarının xidməti fəaliyyətini diqqət mərkəzində saxlayaraq, rəhbəri olduğum respublikaxeber.az saytımda, və digər sosial şəbəkələrdə ictimaiyyətə çatdıran, Sizi dəstəkləyən bir Media isçisiyəm, həm də bir vətəndaşam. Həqiqətən də bu gün Azərbaycan polisindən mən tam razıyam, Azərbaycan polisinin üzərinə düşən yük, ən ağır yükdür. Sizi tərif etmək üçün aylarla, illərlə də yazmaq mümkündür. Lakin hədsiz dərəcədə çox yazaraq Sizi narahat etmək istəmirəm və şahidi olduğum bir mənzərəni Sizin nəzərinizə çatdırmaq istəyirəm.
Cənab Nazir,
Bildiyiniz kimi mənim Azərbaycan polisi ilə yüksək səviyyədə dostluğumu, həmçinin polislər birgə əməkdaşlıq etdiyimi bildikləri üçün, dost-tanış, qohum-əqraba, həmçinin izləyicilərim polislə bağlı bir problemləri olduğu zaman müəyyən güzəştlərin edilməsi üçün məndən xahiş edirlər ki, onlara səlahiyyətləri, qanunvericiliyin tələblərində göstərilən dərəcədə köməklik göstərilməsi barədə polisə xahiş edim.
O səbəbdən də yenə tanışlarımdan biri mənə Ağsu RPŞ-TB-nin təhqiqatçısı Taleh müəllimin icraatında işinin olmasını bildirdi. Mən də işin mahiyyəti ilə maraqlanmaq üçün Ağsu RPŞ-nin TB-nin təhqiqatçısı Taleh müəllimin mobil əlaqə nömrəsini tapdım, onunla əlaqə saxlayaraq məni qəbul etməsini xahiş etdim. O da mənimlə yüksək səviyyədə alicənab davranaraq böyük məmuniyyətlə qəbul edəcəyini bildirdi və nə vaxtı məsləhət bilirsiniz buyurun gəlin deyərək məndə polisə qarşı olan sevgi və hörməti daha da artırdı. 23 may 2022-ci ildə mən Ağsu RPŞ-nin İnzibati binasına daxil olarkən elə bil polis şöbəsinə deyil, cənnətə daxil oldum. Bir an bütün dərd-fikirlərim yoxa çıxdı. İnanın tam səmimiyəm. Sadəcə əlimdə mobil telefonum olmadığı üçün həmin mənzərəni qeydə ala bilmədim, Ağsu RPŞ-nin rəhbərliyinin izni olduğu təqdirdə həmin mənzərəni videoçəkiliş olaraq qeydə alıb ictimailəşdirmək arzusundayam. Həqiqətən özümü saxlaya bilməyib, yanımda olan yoldaşa belə bir ifadə də işlətdim ki, Ağsu RPŞ-nə daxil olarkən adam hər hansı bir xəta işlətmək istəyir ki, bura gətirsinlər. O gözəlliyi görən hər hansı bir insan istər-istəməz həyatdan İlham alır. Mən Azərbaycan polisinin dostu olduğum üçün Respublikada bütün polis idarələrində olmuşam, yenə də dostluğa davam edirəm. İlk dəfədir ki, belə bir polis şöbəsi gördüm, Bina köhnə bina olsa da, min təzəyə dəyər.
Odur ki, mən Sizə dərin minnətdaram. Ağsu RPŞ-nin rəisinə və eləcə də vətəndaşla yüksək səviyyədə etik-davranış kodekslərinə riayət etdiyi üçün təhqiqatçı Taleh müəllimə böyük təşəkkürümü bildirirəm.
Əvvəla Sizin kimi cənab nazirimizin olması ilə fəxr edirəm, belə bir polis rəislərimizin, təhqiqatçı Taleh müəllim kimi əsl polislə-vətəndaş münasibətlərini qoruyub saxlayan polislərimizin çox olmasını arzu edirəm. Onu da qeyd edim ki, 2020-ci ildə, Azərbaycan polisinin şərəfinə "POLİS QÜRURUMUZ VƏ GÜVƏN YERİMİZDİR"adlı jurnalı dərc etdiyim üçün tərəfinizdən təşəkkür almışam, minnətdaram. Əlavə olaraq da hazırda yenə də Azərbaycan polisinin 104-cü illiyi "peşə bayramı" münasibəti ilə "İLK ÜMİD QAPIMIZ" adlı jurnalımın dərci üzərində işləyirəm. İnşallah həmin jurnalımla da Azərbaycan polisi ilə dostluq münasibətlərimin daha da möhkəmlənəcəyini ümid edirəm.
Diqqətinizə görə minnətdaram. Var olun!
Yaşasın Azərbaycan Respublikasının DİN-i general-polkovnik cənab Vilayət Eyvazov!
Yaşasın Azərbaycan polisi!
Hörmətlə: Elyaz (Yazan) Gülüyev
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi