Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Avq 15:31Cemiyyet
Şəki DYP yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində mübarizə tədbirlərini gücləndirib.
Respublikaxəbər.az xəbər verir ki, Şəki DYP yol-nəqliyyat hadisələrinin qarşısının alınması
istiqamətində mübarizə tədbirlərini gücləndirib.
Aparılmış təhlillərlə müəyyən edilmişdir ki, respublika ərazisində yol-nəqliyyat hadisələri xüsusilə yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, ötmə və manevr etmə qaydalarının pozulması səbəbindən baş verir. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə edilməsi isə yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olmaqla yanaşı həm də, qəzanın ağırlıq dərəcəsinin yüksəlməsinə səbəb olan yol hərəkət qayda pozuntularıdır. Bu səbəbdən də, Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları xidməti ərazidə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə edilməsi hallarının aşkar edilməsinə qarşı mübarizə tədbirlərini gücləndirib. Belə ki, 2022-ci ilin 9 ayı (yanvar-sentyabr) ərzində Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 108 fakt aşkar edildiyi halda, 2023-cü ilin 8 ayı (yanvar-avqust) ərzində 6 fakt çox yəni, 114 fakt aşkar edilmişdir. O cümlədən, nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə edilməsi üzrə ötən ilin 9 ayı ərzində 142 fakt aşkar edildiyi halda cari ilin 8 ayı ərzində 86 fakt çox yəni 228 fakt aşkar edilmişdir. Görülmüş bu və ya digər tədbirlər insanların həyat və sağlamlıqlarının qorunmasına xidmət edir.
Odur ki, sürücülərə müraciət edirik ki, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atmamaq üçün yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etsinlər. Xüsusilə də, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə etməsinlər.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi