Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Sen 17:26Bolge-Xeberleri
ŞƏKİ DÖVLƏT YOL POLİS BÖLMƏSİ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ GÜCLƏNDİRİB
“Daxili işlər orqanları tərəfindən cəmiyyətdə geniş yayılan və insanlarda narazılıq doğuran hüquqpozmaların qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri barədə maarifləndirilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlərin təşkili nəzərdə tutulub.
Görülən bu tədbirlər insanların həyat və sağlamlığının qorunmasına xidmət edir.
Bu ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılan tədbirlər, əsasən sürücülər tərəfindən dayanma-durma və parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısının alınması, həmçinin də xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasının qarşısının alınmasını əhatə edəcək.
15 sentyabr 2021-ci il tarixdə Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən keçirilən növbəti təhlükəsizlik tədbiri isə, uşaq travmatizminin qarşısının alınması məqsədini daşıyıb. Belə ki, Daxili İşlər Nazirliyinin, 20 sentyabr-20 oktyabr tarixlərində “Diqqət uşaqlar” devizi altında təhlükəsizlik aylığının keçirilməsi barədə 14 sentyabr 2021-ci il tarixli müvafiq göstərişinin icrası ilə bağlı Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən hazırlıq mərhələsində keçirilən bu tədbir zamanı, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində 4 inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, yeni dərs ili ərəfəsində digər təhlükəsizlik tədbirlərinin də keçirilməsi nəzərdə tutulub. Hazırda, görülən əsas tədbirlərdən biridə Şəki rayonu ərazisində, təhsil müəssəsilərinin qarşısında piyada svetoforlarının quraşdırılmasına başlanılmasıdır.
Bu barədə məlumatı RESPUBLİKAXEBER.AZ-a Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev verib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi