Sorğu
Оцените работу движка

15 İyl 20:15Cemiyyet

Şəki DYP son 2 həftənin hesabatını açıqladı.

Respublikaxeber.az xəbər verir ki, Şəki DYP son 2 həftənin hesabatını açıqladı.
Şəki Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən,polis baş leytenantı Tural Niftalıyev açıqlamasında bildirib ki, yay aylarında küçə və yollarda hərəkətin intensivliyinin yüksəlməsini nəzərə alaraq Şəki Dövlət Yol Polisi yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə təşkilinin təmini üçün, bütün qüvvə və vasitələri yol - nəqliyyat hadisələrinin baş verməsinə bir başa təsir göstərən yol hərəkəti qayda pozuntu- larının aşkarlanmasına yönəldib. Profilaktik tədbirlərlə yanaşı, son 2 həftə ərzində Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən 1-i avtoxuliqan, 6-sı sərxoş,11-i sürücülük hüququ olmadan idarə etmə,286-sı isə digər qayda pozuntuları olmaqla ümumilikdə 304 yol hərəkəti qayda pozuntusu aşkar edilərək həmin sürücülər barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb.
Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən , qəzaların qarşısının alınması , insanların həyat və sağlamlıqlarının qorunması üçün nəzarət profilaktik tədbirlər davam etdiriləcəkdir.
Biz də Respublikaxeber.az olaraq, redaksiya heyətinin rəhbəri başda olmaqla, bütün redaksiya heyətimiz adından davamlı olaraq marifləndirmə tədbirləri keçirildiyinə və həmçinin ictimai təhlükəsizliyin təminində böyük əmək göstərdiklərinə görə Şəki ŞRPŞ-nin rəisi polis-polkovniki cənab Elnur Həsənov və Şəki ŞRPŞ-nin DYP-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis- baş leytenantı Tural Niftalıyev başda olmaqla bütün əməkdaşlara təşəkkürümüzü bildiririk.
Şəki DYP - 15 iyul 2023 -cü il.
Yorum ekle