Sorğu
Оцените работу движка

03 Avq 06:39Cemiyyet

Polis dağlarda əməliyyat keçirdi

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı mürəkkəb relyefli dağlıq ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Xaş-xaş-2023” tədbirlər planına uyğun olaraq şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Yuxarı Tala kəndindəki dağlıq-meşəlik ərazidə narkotik plantasiyası aşkar edilib. Ərazi dərhal nəzarətə götürülüb və orada narkotik tərkibli bitkilərin həmin kənd sakini Ceyhun Ramazanov tərəfindən becərildiyi müəyyən olunub. O, çətənə kollarına qulluq edərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Əraziyə baxış keçirilərkən 70 ədəd çətənə bitkisi, C.Ramazanovun həmin bitkilərdən əldə etdiyi marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin təxminən 3 ay öncə narkotik bitkiləri becərdiyi, onlara qulluq etmək üçün süni su hovuzları hazırladığı məlum olub. O, ifadəsində polisdən yayınmaq üçün çətənə kollarını çətin relyefli ərazidə becərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi