Sorğu
Оцените работу движка

20 May 14:41Hadise

Buzovnada polisdən ƏMƏLİYYAT: Narkotacir HƏBS OLUNDU

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-dan istinadən Respublikaxeber.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini Şahin Əliyev saxlanılıb.

Onun yaşadığı evin həyətinə baxış keçirilən zaman xüsusi olaraq əkilən və qulluq edilən 877 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Şahin Əliyevdən əlavə olaraq 5 kiloqram 595 qram qurudulmuş marixuana da aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib.

Faktla bağlı 1-ci polis şöbəsində Şahin Əliyev barəsdində toplanan material araşdırılması üçün Xəzər rayon Polis İdarəsinə göndərilib.

Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi