Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 İyn 15:01Olke
Narkotik maddə becərən şəxslər tutuldu - FOTO
İsmayıllı və Sabirabadda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qubaxəlilli kəndində Emil Quliyevə məxsus fərdi yaşayış evində çətənə kollarının becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
Həmin ünvan əməliyyat nəzarətinə götürülüb və keçirilən tədbirlər nəticəsində E.Quliyev iş başında, yəni narkotik tərkibli bitkilərə qulluq edərkən saxlanılıb. Həyətyanı sahəyə baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan 25 ədəd çətənə kolu aşkarlanıb və onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb
Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, E.Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Ramin Əhmədov saxlanılıb.
Polis əməkdaşları tərəfindən ona məxsus şəhər ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədən yaş çəkisi 13 kiloqrama yaxın olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 17 ədəd çətənə bitkisi, evdən və həyətində yerləşən tikilidən isə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış ümumi çəkisi 11 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi