Sorğu
Оцените работу движка

23 Dek 16:28Bolge-Xeberleri

ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR.

"Gənclər narkomaniyaya yox deyir", "Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir.
RESPUBLİKAXƏBƏR.AZ-ın məlumatına görə növbəti tədbir, 2022-ci il dekabrın 23-də Şəki rayonu, Cumakənd kənd tam orta məktəbin yuxarı sinif şagirdləri ilə keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Muradov, şöbənin təşkilati inspektor qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Maqsud Məsimov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev, Cumakənd kənd tam orta məktəbin direktoru Calal İbrahimov, digər polis əməkdaşları, müəllimlər, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı polis rəisi Azər Muradov və Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev çıxış edib, məktəbliləri maraqlandıran sualları cavablandırıb. Narkamaniyanın yaratdığı acı fəsadlar barədə videoçarx nümayiş etdirilib. Daha sonra, polis şöbəsinin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis kapitanı Pərviz Əhmədov çıxış edərək məktəbliləri polis akademiyasına qəbul qaydaları ilə bağlı məlumatlandırıb. Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.
Tədbirin yekununda, məktəbin direktoru Calal İbrahimov belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirin keçirilməsinə görə, polis rəisi Azər Muradova və əməkdaşlarına məktəb kollektivi adından minnətdarlığını bildirib.

ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: