Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
06 Okt 14:46Cemiyyet
Şəki DYP “Diqqət, uşaqlar!” aylığı çərçivəsində təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir
RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Şəki DYP “Diqqət, uşaqlar!” aylığı çərçivəsində
təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir
RESPUBLİKAXƏBƏR.AZ-ın məlumatına görə 2022-ci il oktyabrın 6-da Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri 10 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib. Şagirdlərə piyadanın vəzifələri barədə ətraflı izahlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbir zamanı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, şagirdlərə əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verib. Qeyd olunub ki, aşağı sinif şagirdləri (I-V sinif şagirdləri), məktəblərə ancaq valideynlər tərəfindən aparılmalı, valideynlər özləri də qaydalara əməl etməlidirlər. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar, valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdırlar. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdırlar.
Şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin yekununda, Şəki şəhəri 10 saylı tam orta məktəbin direktoru, Büllur Abdulsəlimli, çıxış edərək bildirib ki, polis baş leytenantı Tural Niftalıyev hər il bütün məktəblərdə, eləcədə 10 saylı tam orta məktəbdə il ərzində 2 dəfə olmaqla, 1 dəfə ibtidai sinif şagirdləri ilə, 1 dəfə isə yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirir.Onun ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməsinin, fəal maarifləndirmə işləri aparmasının nəticəsidir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ötən il (07 oktyabr - 20 noyabr 2021-ci il ) “Yol Hərəkəti Qaydaları Uşaqların Gözü İlə” mövzusunda uşaq və yeniyetmələr arasında keçirdiyi rəsm müsabiqəsində ,müsabiqəyə qatılmış respublikanın 43 şəhər və rayonu içərisində Şəki rayonu xüsusi olaraq seçilib.Belə ki, münsiflər tərəfindən yüksək qiymətləndirildiyi üçün 36 nəfər iştirakçının təltif olunması qərara alınmışdır ki, onlardan 6-sı Şəki məktəblilərinin payına düşmüşdür.Onlardan 1-i məhz Şəki şəhər 10 saylı tam orta məktəbin şagirdi (Atayeva Aylin Elman qızı ) olmuşdur.
Məktəbin direktoru Büllur Abdulsəlimli belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, şagirdləri maarifləndirdiyinə görə, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyevə məktəb kollektivi adından bir daha minnətdarlığını bildirib.
RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi