Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 May 17:10Bolge-Xeberleri
Üfüq Xeyriyyə Cəmiyyəti İctimai Birliyi regionlarda layihə icra edir- FOTOLAR
Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Regionlarda aztəminatlı ailələrdən olan qadınların psixo-sosial problemlərinin həllində dəstək” Layihəsini həyata keçirir.
Respublikaxeber.az Aztimes.az-a istinadən xəbər verir ki, 25 may tarixində baş tutan tədbirdə layihə rəhəbəri Nuriyyə Abbasova çıxış edərək Layihə regionlardan olan qadınların psixo-sosial problemlərinin həllində dəstək xidmətlərinin göstərilməsindən bəhs etdiyini bildirmişdir. Həyata keçirilən layihə vasitəsilə aztəminatlı ailələrdən olan qadınlarla görüşlər keçirildiyini onların sosial, psixoloji və hüquqi problemləri araşdırılaraq aidiyyatı üzrə dəstək xidmətləri həyata keçirildiyini qeyd etmişdir.
Layihədən regionlarda olan 150 nəfər 18-50 yaşlarında aztəminatlı ailələrdən olan qadınlar faydalanacaqdır. Layihə həmçinin həmin ailələrin uşaqları və sosial əhatəsini də ehtiva edir.
Layihə çərçivəsində aprel ayında Ağdam, Bərdə, Ağcabədi və Tərtər rayonlarında qadınlar üçün “Məişət zorakılığının qarşısının alınması” mövzusunda təlimlər keçirilmişdir. Psixoloq tərəfindən məişət zorakılığından əziyyət çəkən qadınlara fərdi psixoliji yardım göstərilmişdir.
Aprel ayında Tərtər rayonunda keçirilən görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Nigar Ağakişiyeva çıxış edərək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən layihələr barəsində ətraflı məlumat vermişdir.
May ayında isə Gəncə şəhərində və Goranboy rayonunda qadınlar arasında “Məişət zorakılığının qarşısının alınması” mövzusunda təlimlər keçirilmişdir.
3 ay müddətində həyata keçirilən layihə çərçivəsində qadın və uşaqlara hüquqi, sosial və psixoloji xidmət göstərilmişdir.Layihə may ayının sonunda başa çatacaqdır.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi