Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 Sen 10:59Olke
Mingəçevir Dövlət Universiteti Almaniyanın Siegen Universiteti ilə birgə layihə icra edəcək
Mingəçevir Dövlət Universitetinin (MDU) İctmimayyətlə Əlaqələr şöbəsindən aldığımız məlumata görə, Almaniya Xarici İşlər Nazirliyi Mingəçevir Dövlət Universiteti (MDU) və Siegen Universiteti (University of Siegen) tərəfindən hazırlanmış birgə layihənin maliyyələşdirilməsinə razılıq verib. “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlimlərin keçirilməsini nəzərdə tutan layihə cari ilin oktyabr-dekabr aylarında icra ediləcəkdir.
MDU-dan XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a bildirilib ki, Siegen Universitetinin professor-müəllim heyəti və Almaniyanın uğurlu sahibkarlıq təcrübəsi olan iş adamları tərəfindən keçiriləcək təlimlərdə MDU-nun tələbə, magistrant və məzunlarının, eləcə də gələcəkdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı arzulayan Mingəçevir gənclərinin iştirakı nəzərdə tutulur. Təlimlər sahibkarlıq, biznes-planların hazırlanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış yolları və digər mövzuları əhatə edəcəkdir. Təlim iştirakçıları praktiki bacarıqlarını inkişaf etdirmək, işgüzar oyunlarda iştirak etmək və ideyalarını biznesə çevirmək səriştələri qazanmaq imkanları əldə edəcəklər.
Regional eko-sistemin inkişafına töhfə verməyi hədəfləyən layihə çərçivəsində təşkil olunan təlimlərə biznesdə uğur qazanmış bir neçə yerli sahibkar qonaq məruzəçi qismində cəlb ediləcəkdir. Sonda ən yaxşı təqdimat və biznes-planlar hazırlayan təlim iştirakçıları öz startaplarını yaratmaq üçün layihə büdcəsi hesabına pul mükafatları əldə edəcəklər.
Bundan əlavə, layihə çərçivəsində Siegen Universitetinin sahibkarlıq təhsili sahəsindəki müsbət təcrübəsi ilə tanış olmaq məqsədilə MDU-nun iki əməkdaşının bir ay müddətində Almaniyada təlimdə iştirakı nəzərdə tutulur.
Mövcud şərtlər nəzərə alınmaqla, ilkin mərhələdə layihə online formatda icra ediləcəkdir.
Layihə tərəfdaşlarının ilk virtual görüşü 2020-ci ilin 25 sentyabr tarixində ZOOM platforması üzərindən keçirilib. MDU-nun rektoru Şahin Bayramovun, Siegen Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin kafedra müdiri Petra Muqun və hər iki universitetin müvafiq əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə layihənin tərəfdaşlar arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminlik ifadə edilib.
Qeyd edək ki, yeni dövrün tələblərinə uyğun olaraq sürətlə modernləşən MDU qarşısına qoyduğu hədəflərə çatmaq üçün yerli və xarici universitetlərlə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB