Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Sen 09:28Olke
Mingəçevir Dövlət Universitetinin əməkdaşları UNEC-in təşkil etdiyi təlimlərdə iştirak ediblər
Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim və inzibati-texniki heyət üzvləri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusuna təşkil olunan təlimlərdə iştirak ediblər. UNEC və MDU arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, MDU-nun 100-ə yaxın əməkdaşı sözügedən təlimlərə qatılıb.
MDU-dan XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, cari ilin 31 avqust – 4 sentyabr tarixlərində online formatda keçirilən təlimlərin məqsədi ali təhsil müəssisələrinin əməkdaşlarının distant tədris sahəsində bilik və bacarıqlarının artırılmasından olub.
Təlimlər ABŞ-ın Şimali Dakota, Corc Vaşinqton, Kanzas, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər (Fariz Hüseynov, Sevinc Məmmədova, Səbuhi Sərdarlı, Babək Məmmədov, Əqidə Mənizadə və Əmir Orucov), Türkiyənin Anadolu Universitetinin professoru Cengiz Hakan Aydın və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin sektor müdiri Nicat Abbasov tərəfindən keçirilib.
İştirakçılar tərəfindən UNEC-in ali təhsil sahəsində bacarıqların inkişafına mühüm töhfəsi kimi qiymətləndirilən təlimlərdə məruzəçilər “Distant təhsil: ənənəvi təhsillə oxşar və fərqli xüsusiyyətləri”, “Distant təhsilin informasiya-resurs təminatı: elektron resurslar və onlayn xidmətlər”, “Distant təhsildə interaktivliyin təmini (mühazirə dərslərinin təşkili və keçirilməsi üsulları”, “Distant təhsildə sərbəst işlərin yerinə yetirilməsi qaydaları”, “Distant təhsildə tələbə motivasiyasını yüksəldən tədris metodları”, “Distant təhsildə tələbələrlə dərsdən kənar əlaqənin effektiv qurulması (Google Classroom proqramı)”, “Müasir metodlardan istifadə etməklə seminar məşğələlərinin təşkili və qiymətləndirmə üsulları” mövzularında çıxış ediblər.
Beş gün davam edən təlimlərdə fəal iştirak edən MDU əməkdaşlarına UNEC tərəfindən müvafiq sertifikatlar təqdim olunub.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi