Sorğu
Оцените работу движка

23 Sen 09:19Siyaset

Gənclər Azərbaycanda süni intellektin tətbiqinə kömək edirlər

Gənclər Azərbaycanda süni intellektin tətbiqinə kömək edirlər
Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaş olduğu “eSAS” Könüllülük proqramı çərçivəsində “Azərbaycan dili üzrə nitqin tanınması üçün məlumat bazasının toplanması” layihəsi davam edir.

Azərbaycan Gənclər Fondundan XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının bu birgə layihəsi “eSAS” elektron Aktivlik Sistemi üzərindən təsis edilmişdir.

Layihənin əsas məqsədi Azərbaycan dili üzrə nitqin tanınması üçün süni intellekt sahəsinin inkişafının dəstəklənməsi, müxtəlif növ böyük məlumat bazalarının hazırlanmasıdır. Yarış 21-27 sentyabr tarixlərini əhatə edəcək və layihə ərzində ən çox mətn səsləndirən könüllülər mükafatlandırılacaq.

Mükafatlandırma mərasimi cari ilin oktyabr ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə keçiriləcək “InnoWeek - İnnovasiyalar Həftəsi” çərçivəsində təşkil ediləcəkdir.

Yarışda iştirak etmək istəyən gənclər aşağıdakı keçiddən qeydiyyatdan keçə bilərlər: https://dc.mymedia.az/


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: