Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 Sen 10:53Olke
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsinin ilkin mərhələsində 10 rayondan olan 32 qadın fermerə texniki dəstək göstərilib.
Nazirlikdən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, ilkin mərhələnin sonunda layihənin tələblərinə uyğun gələn və keçirilən təlimlər modulunu uğurla tamamlayan Balakən, Şamaxı, Qusar, Sabirabad, Neftçala və Masallı rayonlarında fəaliyyət göstərən qadınlar ehtiyaclarına uyğun olaraq müxtəlif texniki avadanlıqlarla təmin olunublar. Onlara fəaliyyət göstərdikləri sahələrə müvafiq olaraq balsüzən aparat, arı yeşikləri, seperator, yağ çəkən aparat, süd sağan maşın, yem və dən üyüdən maşınlar, meyvə qurudan aparat və digər avadanlıqlar verilib.
Qeyd edək ki, layihədə iştirak etmək üçün ilkin mərhələdə 500-dən artıq qadın fermer müraciət edib. İndiyədək 72 fermerin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılıb. Tələb olunan şərtlərə uyğun gələn qadın fermerlər layihədə iştirak haqqı qazanıblar. Layihədə iştirak edən qadın fermerlərə texniki dəstəklə yanaşı, konsultasiya və təlim dəstəyi də göstərilir.
Xatırladaq ki, müraciətlərin davam etdiyi AFAQ layihəsi aqrar sahədə fəaliyyət göstərən qadınların fəaliyyətini dəstəkləmək, onların bilik və bacarıqlarını artırmaq məqsədi ilə icra edilir. 2020-2021-ci illəri əhatə edəcək layihə çərçivəsində ümumilikdə 200-ə yaxın qadın fermerə dəstək göstərilməsi nəzərdə tutulur.
Layihəyə müraciət etmək istəyən qadın fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin Regional İdarələrinə, eləcə də DAİM-lərə müraciət edə, 1652 və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB