Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Sen 09:14Olke
SƏLİS “myGov” portalına inteqrasiya olundu
Əsas məqsədi təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etmək olan “myGov” elektron hökumət portalı yeni sistemlərin inteqrasiyası üzrə işləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalına indiyədək bir çox sistem inteqrasiya olunub. Bura “eAgro”, “eSatınalma”, Azərbaycan Respublikasının Mərkəzi Bankının “Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” aiddir.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, Dövlət agentliyindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə portala daha bir sistem inteqrasiya olunub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin 7 xidmətinə artıq “myGov” platforması üzərindən müraciət etmək mümkündür. Bu xidmətlərə e-Ərizə, e – Ekspertiza, e – Vətəndaş, e - Apelyasiya, e – Növbə, e – İdarəetmə və hesabat, e – Müraciət daxildir.
Artıq SƏLİS istifadəçiləri vətəndaşları, dövlət və biznes qurumlarını vahid platformada birləşdirərək elektron xidmətlər göstərən “myGov” platformasından çıxmadan “qurumlar üzrə” bölməsinə daxil olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qeyd edilən xidmətlərinə müraciət edə bilərlər. SƏLİS sisteminin məqsədi Şuranın xidmətlərini istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək, şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdir.
“myGov” portalına inteqrasiya olunmuş sistemlərin xidmətlərindən başqa platforma üzərindən vətəndaşlara 19 dövlət xidməti və 16 bildiriş xidməti təqdim olunur.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi