Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 Sen 10:00Olke
“Rəqəmsal Jurnalistikaya doğru” proqramının 2-cisi reallaşdırılacaq
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramın ikincisi reallaşdırılacaq.
Agentlikdən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında düzgün məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğ edilməsidir.
Proqramda informasiya texnologiyaları, elektron hökumət, elektron xidmətlər, rəqəmsal həllər üzrə çalışan media nümayəndələri, həmçinin bu sahədə öz biliklərini artıraraq gənc bloger kimi yetişmək və cəmiyyətin maarifləndirilməsi istiqamətinə töhfə vermək istəyən şəxslər iştirak edə bilərlər.
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarət olacaq: Birinci mərhələdə müvafiq kriteriyalar üzrə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlər 29, 30 sentyabr və 1, 2 oktyabr tarixlərində vebinar formatında baş tutacaq.
Proqramın ikinci mərhələsi vebinar təlimlərini uğurla bitirmiş iştirakçılar arasında keçirilən müsabiqədən ibarətdir. Bu hissədə iştirakçılar seçilmiş mövzular üzrə real məsələlərin araşdırılması və həmin istiqamət üzrə rəqəmsal xidmətlərin vətəndaşlara çatdırılması üzrə (video və ya məqalə formatında) yarışacaqlar. Müsabiqə üçün 2200 AZN məbləğində mükafat fondu təyin olunub. I yerin qalibi – 1000 AZN, II yerin qalibi – 700 AZN, III yerin qalibi isə 500 AZN məbləğində pul mükafatı əldə edəcək.
Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi elektron sertifikatla təltif olunacaqlar.
Aşağıdakı linkdən ətraflı məlumat almaq və proqrama müraciət etmək mümkündür:
https://www.digital.gov.az/digitalazerbaijan/webinars/3/reqemsal-jurnalistikaya-dogru-proqrami-2
Qeydiyyat üçün son müraciət tarixi – 20 sentyabr
Qeydiyyatdan uğurla keçən və münsiflər tərəfindən seçilmiş namizədlərə 25 sentyabr tarixində proqrama seçildikləri və digər məlumatlar barədə e-mail vasitəsi ilə bildiriləcək. Əlavə suallar üçün digicom@asan.gov.az elektron poçt ünvanına müraciət edilə bilər.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi