Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 İyn 12:31Siyaset
“Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilib
Hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının və Azərbaycanın Rus İcmasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilib.
"RESPUBLİKAXƏBƏR.AZ" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin məzarı ziyarət edib, ruhuna dərin ehtiramını bildiriblər.
Daha sonra keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları, həlledici anları və tarixi nailiyyətləri məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Onun sözlərinə görə, Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə müxtəlif etnik və dini köklərə malik xalqların yaşadığını nəzərə alaraq həm milli maraqlara, həm də zamanın çağırışlarına uyğun siyasət həyata keçirmiş, multikultural dəyərlərin təşəkkülü təmin edilmiş və tolerantlıq mühiti gücləndirilib:
"Ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlaması üçün istər hüquqi, istərsə də mənəvi müstəvidə bütün şərtlər təmin edilmiş - əlverişli şərait yaradılıb. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”,- deyən Ulu Öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə bu sərvətin qorunması və zənginləşməsi üçün məqsədyönlü siyasət həyata keçirmiş və müsbət nəticələr – diqqətəlayiq nailiyyətlər əldə edilib".
Azərbaycanın Rus İcmasının sədri, Mixail Zabelinin sözlərinə görə, bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, rusdilli mətbu orqanlar və digər ictimai-mədəni qurumlar öz fəaliyyətlərini uğurla davam etdirirlər. Onun sözlərinə görə, bütün bu gerçəkliklər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, dövlətçilik maraqlarına, milli-mənəvi və bəşəri dəyərlərə, xalqımızın tarixi ənənələrinə söykənən siyasətin real nəticəsidir.
Mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini nümayiş etdirir. Diqqətə çatdırıb ki, Cənubi Qafqazın ən böyük rus icması olan Azərbaycanda Rus İcmasının nümayəndələri də öz hüquq və azadlıqlarından, mövcud şəraitdən istifadə edərək cəmiyyət həyatının müxtəlif sahələrində aktiv təmsil olunurlar.
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi