Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Dek 15:37news
MDU-da Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans keçirildi - FOTO
Dekabrın 11-də Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarixi reallıqlara çevrilmiş Heydər Əliyev ideyaları” mövzusunda elmi konfrans keçirilib.
Respublikaxeber.az xəbər verir ki, MDU-dan Yenicag.az-a bildirilib ki, konfransdan əvvəl, MDU-nun əsas tədris korpusunda Ulu Öndərin büstünün qarşısına gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib və Allahdan ona rəhmət diləyib.
Ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərindən söhbət açan rektor hazırda onun layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişaf etdiyini, sosial rifah səviyyəsinin xeyli yüksəldiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığını qeyd edib.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 30 il işğal altında olan torpaqlarımızın azad edilməsindən danışan Ş.Bayramov qazanılan tarixi Zəfərin məhz Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyini diqqətə çatdırıb.
Hazırda qurucusu olduğu Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu, uzun illər erməni vandalizminə məruz qalmış doğma yurdlarımızın sürətlə dirçəldiyini, regionda sülhə, təhlükəsizliyə və rifaha hədəflənən irimiqyaslı işlərin həyata keçirildiyini vurğulayan rektor bu gün dahi şəxsiyyətin ruhunun şad olduğunu bildirib.
Universitetdə vətəninə, dövlətinə və xalqına bağlı mütəxəssis kadrların hazırlanmasının diqqət mərkəzində saxlanıldığını qeyd edən Ş.Bayramov bu məqsədlə ömrünü Azərbaycan xalqının firavan gələcəyinə həsr edən əbədiyaşar liderin zəngin irsinin gənc nəsil arasında təbliğinə xüsusi önəm verildiyini deyib və konfransın əhəmiyyətindən bəhs edib.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun Pedaqoji fakültəsindən dosent Namaz Manafov “Müasir milli tariximizi şərəf kürsüsünə qaldırmış lider”, dosent Nizami Zeynalov “Heydər Əliyev strategiyası və 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimiz” və müəllim Ayna Babazadə “Salnaməyə çevrilmiş dahi ömrü: görkəmli şəxsiyyətlər Heydər Əliyev haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə ölkənin müstəqilliyi və tərəqqisi naminə Ulu Öndərin zəngin, titanik və çoxşaxəli fəaliyyətindən, xilaskarlıq missiyasından, milli maraqlarımıza uyğun müdrik və uzaqgörən siyasətindən, güclü siyasi iradəyə, yüksək intellektə, böyük əzmkarlığa və unikal liderlik keyfiyyətlərinə malik olmasından, ölkəmizin davamlı inkişafında və tarixi Qələbəsində Heydər Əliyevin zəngin irsinin misilsiz əhəmiyyətindən bəhs edilib, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin Azərbaycan xalqının böyük oğlu haqqında xatirələri və fikirləri öz əksini tapıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Qələbə məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin məntiqi nəticəsidir.
İclas iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Çıxış edənlər dahi şəxsiyyətin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib, Ümummilli Liderin miras qoyduğu zəngin dövlətçilik təcrübəsinin davamlı surətdə öyrənilməsi və gənc nəsilə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, MDU-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsinə xüsusi diqqət yetirilir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB