Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
"Ədalətli qərarlar Ədalətli hakimlərə məxsusdur!"-Aybəniz Abdulova (jurnalist)
Cavid Tağıyev və Loğman Süleymanov haqqın və ədalətin keşiyində təmənnasız xidmət edən Gəncə hakimləridir!
Bəli, bu gün Azərbaycanda haqq-ədalətin müdafiəsində dayanan məhkəmələrimizdir. Məhkəmə qanun çərçivəsində hər bir vətəndaşın, hüquqlarını müdafiə edir.
Bu deyimi, Ulu Öndərimiz əbəs yerə qeyd etməyib:-"Dövlət iki şeydən sarsıla bilər:Cinayətkar cəzasız qalanda və Günahsız cəzalandırılanda".
Bəs görəsən, bu deyim doğrudanmı bütün məhkəmə-sistemlərində təsdiqini tapa bilir?
Azərbaycanın bəzi şəhər və rayon məhkəmələrində əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, cinayət törətməsinə baxmayaraq əməli cəzasız qalır.
Əfsuslar olsun, biz hələ də, bu xoşagəlməz mənzərə ilə tez-tez üzləşirik. Belə ki, son vaxtlar Azərbaycanda məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı heç də az deyil. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti çox təəssüf ki, ədalətsiz qərarlardır. Ancaq, ədalətli məhkəmə qərarlarının qəbulu isə hesab edirəm ki, gələcəkdə bu sahədə ciddi irəliləyişə gətirib çıxara bilər.
Təssüflər olsun ki, bu gün hakimlər qanunsuz qərarları maksimum rüşvət müqabilində çıxarırlar. Burada mən bunu açıq yazmalıyam. Bunu məhkəmə sistemlərində çalışan bütün hakimlərə də aid etmək olmaz.
Hazırda haqqında yazacağım Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Tağıyev Cavid Tahir oğlu və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Süleymanov Loğman Sirac oğludur ki, onların dövlətimizə sadiqliyi və vətəndaşa təmənnasız xidmətləri digər şəhər və rayonlarımızda fəaliyyət göstərən hakim həmkarlarına nümunə ola bilər.
Yəni, araşdırmalarım göz qabağındadır. Burada heç bir sözü şişirtməyimə ehtiyac yoxdur.
Düzü haqqı tapdalayan, özünə və Azərbaycan qanunlarına hörmətsiz yanaşan hakimlərə nümunə olsun deyə, bu əsl hakimlər haqqında yazmağı peşəmdən əlavə özümə vicdan borcu bildim.
Hakim kürsüsündə çalışan, peşə şərəfini daim uca tutan, prinsipial və qətiyyətli hakim kimi tanıdığım çox hörmətli Cavid Tağıyevin hakimlik karyerasında qazandığı uğurların əsasında mənəvi təmizliyi, qanunçuluğa və dövlətçiliyə sədaqəti durur.
Mən əminliklə qeyd edirəm ki, O, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ən ədalətli, ən qətiyyətli, və xeyirxah hakimlərindən biridir.
Hakim Cavid Tağıyevin proses zamanı vətəndaşlarla münasibətində son dərəcə obyektiv, qərəzsiz, diqqətli olması, onları sona qədər səbirlə dinləməsi düzgün qərar qəbul etməsində böyük rol oynayır.
Bəli, hakimlər hər zaman ədalətli və qərəzsiz olmalıdır. Əlbəttə, növbəti müsahibim hakim Loğman Süleymanovda dövlətə və dövlətçiliyə olduqca sədaqətlidir. Ədalətli hakimdir. Hakim kimi qəbul etdiyi qərarlar özü kimi obyektiv və ədalətli olur.
Hakim Loğman olduqca tələbkardır, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirir, işlərə və digər materiallara vaxtında baxır. Qərarı ədalətli səviyyədə bərqərar edə bilir.
Sözügedən hakimlər haqqında bir qədər ətraflı məlumat ona görə verdim ki, Cavid hakim və Loğman hakim kimi az sayda belə hakimlərə nəinki vətəndaşlarımızın, həmçinin dövlətimizin də böyük ehtiyacı vardır.
Cavid Tağıyev və Loğman Süleymanov ədalətli qərarları ilə vətəndaşlarımızda güvənin artmasına təkan verdiklərinə görə düşünürəm ki, onlar Azərbaycan məhkəmə-hüquq sistemində ədalətliliyi və obyektivliyi ilə hər zaman nümunə sayılacaq və xoş xatırlanacaq hakimlərimizdən olacaqlar.
Media əməkdaşı olaraq arzu edirəm ki, Azərbaycanmızın bütün şəhər və rayonlarında məhkəmə sistemlərində xidmət edən bütün hakimlərimiz rüşvətlə deyil, xeyirxah və qəbul etdiyi qərarlarda Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Tağıyev Cavid Tahir oğlu və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Süleymanov Loğman Sirac oğlu kimi ədalətli olsunlar. Əminəm ki, başda dövlətimiz olmaqla, mənim kimi hər bir azərbaycanlı bunu istəyir.
Bir sözlə, Azərbaycandakı bütün məhkəmə sistemləri maksimum dərəcədə şəffaf olmalıdır. Belə olduqda əminəm ki, verilən ədalətli qərarlar vətəndaşlarımızda dövlətə inamı artıracaqdır!
Aybəniz Abdulova
jurnalist
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi