Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Dek 13:02Olke
“Apellyasiya məhkəmələri araşdırma aparmır, birinci instansiyanın qərarlarını “copy+paste” edir” - HƏQİQƏTƏN DƏ...
Apellyasiya məhkəmələri öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış mülki, inzibati və iqtisadi mübahisələrə, cinayət və inzibati xətalara dair işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır.
Apellyasiya məhkəmələri 4 kollegiyadan – mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərir. Bu gün Azərbaycanda biri paytaxtda, 6-sı regionlarda olmaqla 7 apellyasiya məhkəməsi fəaliyyət göstərir.
Adından da göründüyü kimi, apellyasiya məhkəmələri birinci instansiya məhkəmələrində hüquqlarının pozulduğunu iddia edən vətəndaşların üz tutduqları instansiyadır - yəni, ümid yeridir. Lakin bu məhkəmələrdə nəinki birinci instansiya məhkəmələrinin hökmündən verilmiş şikayətlər qüvvədə saxlanılır, əksinə, əksər bəzi hallarda müraciət edənlərin cəza müddətini daha da artırırlar.
Məsələn, bu günlərdə Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində iştirak edən əməkdaşımız eyni zamanda 20 qərara baxış zamanı oxşar üsuldan istifadə edildiyini müşahidə edib.
Respublikaxeber.AZ-ın məlumatına görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Osman Kazımov AYNA-ya açıqlamasında deyib ki, xüsusilə cinayət işləri üzrə verilmiş apellyasiya şikayətləri zamanı vətəndaşların hüquqları kobud sürətdə pozulur: “Son dövrlər bu istiqamətdə “yeniliklər” müşahidə edilir. Əvvəllər müəyyən güzəştlər olurdusa, son illər prokurorlar tərəfindən verilmiş protestlər birmənalı qaydada təsdiq olunur: ya birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayırlar, ya da verilən cəzanı daha ağırlaşdırırlar. Çox gözəl müşahidə aparmısınız. Bəli, son dövrlər bu kimi hallar artıb və sanki məqsədli şəkildə bütün apellyasiya məhkəmələri oxşar üsuldan istifadə edir”.
“Apellyasiya məhkəmələri işlərə çox sürətli və ədalətsiz baxırlar. Bu günlərdə Şəki Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində iştirak etdim. Deməli, birinci məhkəmə instansiyası hökmlə bağlı qərarı səhv tərtib etmişdi. Buna baxmayaraq, Şəki Apalleyasiya Məhkəməsi hökmü qüvvədə saxladı. Bəs onda onların işi nədir və ümumiyyətlə, nəyi araşdırırlar? Bununla vətəndaşlara nəyi təlqin etmək istəyirlər? İstəyirlər ki, heç kim məhkəmənin hökmündən apellyasiya şikayəti verməsin? Çox acınacaqlı durumdur”, - deyə vəkil bildirib.
Kazımovun sözlərinə görə, Məhkəmə-Hüquq Şurası bu məsələyə aydınlıq gətirməlidir: “Məhkəmələr cəmiyyətin aynasıdır. Onlar hər hansı işə ədalətli baxmayacaqlarsa, vətəndaş öz hüququnu məhkəmələr vasitəsilə təmin edə bilməyəcəksə, bundan bütün cəmiyyət ziyan çəkəcək. Nəticələri də yaxşı olmayacaq”.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova da AYNA-ya şərhində söyləyin ki, apellyasiya məhkəmələri formal olaraq fəaliyyət göstərir: “Bakı Apellyasiya Məhkəməsində hazırda bir cinayət işi üzrə hüquqlarını müdafiə etdiyim şəxsin işinə baxılır. Deməli, adamı törətmədiyi əmələ görə məsuliyyətə cəlb ediblər. Rayon məhkəməsi kənar təsirləri nəzərə alaraq onun haqqında əsassız məhkəmə qərarı çıxarıb. Barəsində isə heç bir sübut yoxdur. Adam Bakı Apellyasiya Məhkəməsinə qərardan şikayət verib. Apellyasiya Məhkəməsi isə heç bir araşdırma aparmadan qərarı qüvvədə saxlayıb. Digər apellyasiya məhkəmələrində də oxşar vəziyyətin hökm sürdüyünə dair məlumatlar var”.
“Görünən odur ki, apellyasiya məhkəmələrinin hakimləri prokurorların protest verəcəyindən ehtiyat edirlər. Prokuror protest verəndə nə olur ki?! Ümumiyyətlə, prokurorlar niyə vətəndaşların cəza yükünün artırılmasına maraqlı olmalıdırlar?! Nəyə görə belə edirlər, hansı səbəbdən? Suallar çoxdur. Lakin cavabını bilən də yoxdur”, - deyə həmsöhbətimiz vurğulayıb.
Cavadova bütün hallarda bu məsələlərə aydınlıq gəlməli olduğunu qeyd edib: “Bakı Apellyasiya Məhkəməsi araşdırma aparmır, Bakı Ağır Cinayətlər Məhkəməsini “copy+paste” edir. Əgər bir aşağı məhkəmə instansiyasından gələn bütün qərarlar olduğu kimi saxlanılırsa, bu, artıq həyəcan siqnalıdır və bununla bağlı təcili tədbirlər görülməlidir”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi