Yeni XəbərLər
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı
02.09
Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər.
01.09
Asim Mollazadə Nəsimi rayonunda seçicilərlə növbəti kütləvi görüşünü keçirib.
29.08
Arxiv
Sorğu
Оцените работу движка
07 Fev 16:43Siyaset
Cavanşir Feyziyevin mandatdan məhrum edilməsi ilə bağlı hərəkətə keçildi - RƏSMİ SƏNƏD
Deputatın təhqir etdiyi jurnalistlər MM-in spikeri Sahibə Qafarovaya müraciət imzaladılar
Deputat Cavanşir Feyziyevin təhqir etdiyi jurnalistlərdən bir qrupu bu gün ‘’Yeni Müsavat’’ Media Qrupunun ofisində toplanıb.
Respublikaxeber.az xəbər verir ki, toplantıda parlamentin spikeri hörmətli Sahibə Qafarovaya müraciət qəbul olunub. Həmin müraciətin mətnini təqdim edirik:
‘’Azərbaycan Respublikası Milli Məclisinin sədri, xanım Sahibə Qafarovaya
Hörmətli xanım Sədr, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev sosial şəbəkələrdə, həmçinin “modern.az” saytında media nümayəndələrini, qəzet və televiziya rəhbərlərini adları çəkilməklə üslub, şəkil, ifadə tərzinə görə etikadan kənar ağır sözlərlə təhqir edib.
Həmin açıqlamanın bir hissəsini Sizin diqqətinizə çatdırırıq.
“…Digər bir qismi rahat qazanc və ya Avropada sığınacaq və maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün “jurnalist” və ya “siyasi fəal” adları altında müxtəlif beynəlxalq GHT-lərin donuna geyinmiş və onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlərdir.
Qənimət Zahid, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Həbib Müntəzir, Sevinc Telmanqızı, Ləman Ələşrəf qızı, Osman Gündüz, Rauf Arifoğlu, Bahəddin Həziyev və sairləri də yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, cəsusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi vəzifələri öz üzərlərinə götürüblər.
Digər bir qismi isə gündəlik həyatda hamımızın tez-tez rastlaşdığımız adi dələduzlardır. Bunlar ölkəmizdə İnformasiya texnologiyalarının geniş yayılması və dövlətin onlara verdiyi sərhədsiz azadlığın bəhrəsindən ilk növbədə öz çirkin məqsədləri üçün yararlanırlar. Hərəsi bir smartfonda sayt idarə edən və ya özünə Youtube kanalı açan bu psevdo-jurnalistlər yüksək vəzifəli dövlət məmurları və deputatlarla yanaşı həm də imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir. Bu siyahıya tüfeyliliklə məşğul olan, cibgirlik, oğurluq, reketçilik, şər-böhtan və s. üstündə həbsdə yatıb-çıxmış Əvəz Zeynallı, Eynulla Fətullayev, Xədicə İsmayıl, Xalid Kazımlı kimi stajlı dələduzlarla yanaşı bu yolda hələ kövrək addımlarını atan və hələ Kürdəxanı “ziyarətinə” gedib çata bilməmiş Zaur Qəriboğlu, Məhəmməd Ərsoy, Elçin Zahiroğlu, Şahin Əhmədov, Elnur Məhərrəmli kimi çoxsaylı nisbətən gənc dələduzlar da daxildir”.
Hörmətli xanım Sədr, Xatırladırıq ki, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Bu adam bütün ölkəni dünyada biabır edib, deputat adını rəzil edib, London məhkəməsi onun az qala bütün ailə üzvlərini prosesə cəlb edib, Böyük Britaniya qəzetləri, dünyanın nəhəng media qurumları günlərdir onun cinayətlərindən yazır. Həmin səbəbdən belə bir şəxsin Milli Məclisdə təmsil olunmaq hüququ yoxdur. Azərbaycan xalqından və dövlətindən qaçırılan pulları xaricə daşıyan, başqa bir ölkənin məhkəməsi tərəfindən cəzalandırılan Cavanşir Feyziyevin indi ölkəmizdə söz azadlığının təmsilçilərinə "sabotajçı", "agent", “dələduz” kimi ifadələrlə təhqir etməsi yolverilməzdir.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məcləsini deputatı “cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda”; “deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda” mandatından məhrum edilir. Bütün bunları qeyd edərək, Sizdən Cavanşir Feyziyev haqqında hüquqi tədbirlərin görülməsi, onun deputat mandatından məhrum edilməsi ilə bağlı prosedurların başladılmasını xahiş edirik.
Hörmətli Sahibə xanım, Deputat Cavanşir Feyziyev həqarət və hədyan ifadələrlə dolu yazısını həm də “modern.az” saytında dərc etdirmişdir. Həmin saytın təsisçisi və baş redaktoru Elşad Eyvazlı həm də Parlament Jurnalistlər Birliyinin sədridir.
Elşad Eyvazlı jurnalist həmkarlarını, qələm yoldaşlarını ən ağır ifadələrlə təsvir etmiş belə bir yazını öz saytında dərc etməklə, peşə həmrəyliyini pozmuş, Jurnalistlərin Peşə Davranışı qaydalarını tapdalamış, onlara qarşı heç bir əndazəyə sığmayan hücumda vasitəçi olmuşdur. Bu səbəbdən belə bir adamın Milli Məclisdə akkreditasiya olunmuş jurnalistləri parlament rəhbərliyi, deputatlar yanında nəinki təmsil etmsi, hətta orada hər hansı şəkildə fəaliyyət göstərməsi mümkün deyildir. Bütün bunlara etiraz əlaməti olaraq, biz, adı çəkilən media qurumları müvəqqəti olaraq parlamentdə fəaliyyət göstərən əməkdaşlarımızı geri çağırırıq.
Sizdən Elşad Eyvazlının əməllərinə hüquqi qiymət verərək onun parlament müxbirlərinin təmsilçisi kimi fəaliyyətinə və ümumiyyətlə Milli Məclisdəki akkreditasiyasına son vermənizi xahiş edirik.’’
Razılaşmaya görə, müraciəti yalnız Milli Məclisin deputatı Cavanşir Feyziyevin təhqir etdiyi jurnalistlər imzalayır.
Yorum ekle
Xəbərlər
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43Asim Mollazadə Nəsimi rayonunda seçicilərlə növbəti kütləvi görüşünü keçirib. 17:57Asim Mollazadə Türk Dövlətləri Təşkilatının Beynəlxalq Müşahidəçilər Missiyası ilə görüşüb 14:24Asim Mollazadə Yasamalda seçicilərlə növbəti kütləvi görüşünü keçirib 18:12
Istifadəçi Girişi
Populyar Xəbərlər
Asim Mollazadə Türk Dövlətləri Təşkilatının Beynəlxalq Müşahidəçilər Missiyası ilə görüşüb
Elyaz Yazan, Tibb üzrə fəlsəfə doktoru, həkim- provizor, I Qarabağ Müharibəsi veteranı, Qazi, Məşədi, Kərbəlayi Hacı Abbası doktoru təbrik etdi
DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı
Asim Mollazadə Yasamalda seçicilərlə növbəti kütləvi görüşünü keçirib
Asim Mollazadə Nəsimi rayonunda seçicilərlə növbəti kütləvi görüşünü keçirib.
Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər.
İndi də mövzumuz YEVLAX VƏ BƏRDƏ, heç kimi salmasın Allah bu dərdə
ELYAZ YAZAN, ŞEYXULİSLAM HACI ALLAŞÜKÜR PAŞAZADƏ HƏZRƏTLƏRİNİ TƏBRİK ETDİ
BALAKƏNİN MEŞƏŞAMBUL KƏND BAXCASINDA UŞAQLARIN QİDASINI KİM YEYİR?
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB