Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Okt 10:43Olke
Milli Məclis ilə Avropa Parlamenti arasında onlayn formatda görüş keçirilib
Bu gün, 6 oktyabrda Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev Avropa Parlamentindən olan həmkarı xanım Marina Kalyurand ilə onlayn formatda görüş keçirib.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, hər iki tərəfdən Parlament Əməkdaşlıq Komitəsinin katiblərinin də iştirak etdiyi görüşdə millət vəkili Cavanşir Feyziyev 27 sentyabrda başlayan növbəti erməni təxribatı və onun nəticələri barədə avropalı həmkarına ətraflı məlumat verib.
Cavanşir Feyziyev Ermənistanın bu təxribatının gözlənilən olduğunu bildirdi: “Azərbaycan bununla bağlı beynəlxalq ictimaiyyəti artıq bir müddətdir ki, xəbərdar edirdi və tədbirlər görülməyəcəyi təqdirdə növbəti təxribatın qaçılmaz olduğunu ifadə edirdi. Lakin təəssüflər olsun ki, Azərbaycanın bu çağırışlarına məhəl qoyulmadı və 30 il ərzində susqunluq göstərən, münaqişə ilə bağlı guya balanslı mövqe tutan təşkilatlar və ölkələr yenə də səssiz qalmağa üstünlük verdilər. Bu isə sonda Qarabağ bölgəsində yeni müharibənin alovlanmasına gətirib çıxardı”.
Millət vəkili son iki ildə Ermənistanın Baş naziri tərəfindən atılmış təxribatçı addımlar haqqında ətraflı məlumat verdi. Millət vəkili bildirdi ki, qondarma rejim tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz seçkilərin keçirilməsi, saxta andiçmə mərasimi, qondarma parlamentin Şuşa şəhərinə köçürülməsi cəhdi, işğal altında olan Azərbaycan torpaqlarına Ermənistandan birbaşa yol çəkilişinə başlanması, Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” şəklində məsuliyyətsiz bəyanatı və eləcə də Ermənistan Müdafiə nazirinin “yeni torpaqlar uğrunda yeni müharibə” şüarı hadisələrin bu nöqtəyə gəlib çatmasına səbəb olub. Cavanşir Feyziyev bildirdi ki, 27 sentyabrda Azərbaycan ərazisində yerləşdirilmiş Ermənistan hərbi qüvvələri təmas xətti boyunca yerləşən kəndlərimizdə yaşayan mülki əhalini ağır silahlardan atəşə tutmuş, 200-dən çox ev dağıdılmış, dinc əhali arasında itkilər olmuşdur. Azərbaycan ordusu dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün təmas xətti boyunca düşmənin hərbi obyektlərini məhv etmək əməliyyatına başlamışdır və hal-hazırda bu əməliyyatlar davam etdirilir.
Avropa Parlamentinin üzvü xanım Marina Kalyurand millət vəkilinə ətraflı məlumat üçün təşəkkür edərək, münaqişənin aktiv hərbi əməliyyətlər fazasına daxil olmasından narahat olduqlarını diqqətə çatdırdı və yenidən danışıqlar masasına qayıdılması imkanlarını sorğu etdi.
Azərbaycanlı deputat danışıqlar masasına geri qayıtmaqla bağlı Azərbaycan tərəfinin şərtlərinin Prezident İlham Əliyev tərəfindən açıq və aydın formada ifadə olunduğunu bildirdi və qeyd etdi ki, erməni silahlı qüvvələrinin bütün işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən rəsmən tanınması hərbi əməliyyatların dayandırılmasına və danışıqlara başlanmasına zəmin yarada bilər. Millət vəkili bildirdi ki, Azərbaycan müharibə istəmir və ona görə də 30 il ərzində BMT TŞ-nın məlum Qətnamələrinin yerinə yetirilməsini gözləyir. Lakin nə ATƏT-in Mİnsk Qrupu, nə də digər beynəlxalq təşkilatlar bu illər ərzində münaqişənin həll olunması üçün Ermənistanı sülhə vadar edə bilmədilər və ya etmək istəmədilər. Bölgədəki bu günkü vəziyyət məhz Minsk Qrupunun uğursuz fəaliyyətinin nəticəsidir.
Xanım Kalyurand millət vəkilinin həmçinin Türkiyədən gələn hərbiçilərin və Suriyadan olan muzdluların da Azərbaycan tərəfdən döyüşlərdə iştirak etməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirməsini xahiş etdi. Avropalı deputat bu xəbərlərin Avropa institutlarında çox cidd narahatlıq və narazıçılıq doğurduğunu da ifadə etdi.
Millət vəkili Cavanşir Feyziyev bu yayılan xəbərlərin hamısının yalan məlumatlar olduğuna, Ermənistan tərəfindən belə saxta məlumatların məqsədli şəkildə yayıldığına diqqət çəkdi: “Bu cür məlumatların yayılması Ermənistanın əsas niyyətini reallaşdırmağa hesablanıb. Belə ki, Ermənistan bu müharibəyə üçüncü tərəfləri də cəlb etmək istəyir və buna zəmin yarada bilmək üçün guya Türkiyənin də Azərbaycanla birlikdə savaşması haqqında yalanı tirajlayır. Azərbaycan Prezidenti rəsmi şəkildə elan etmişdir ki, Azərbaycan tərəfində heç bir xarici ölkənin əsgəri vuruşmur, Azərbaycanda heç bir muzdlu döyüşçü yoxdur və buna ehtiyac da yoxdur. Azərbaycanda hal-hazırda yüzlərlə jurnalist fəaliyyət göstərir ki, bunların da arasında hərbi əməliyyatların getdiyi ərazilərdə olanları vardır və bu günə qədər heç bir jurnalist ermənilərin iddia etdikləri bu yalanları dəstəkləyəcək bir fakt belə tapmayıb. Müasir dövrdə texnoloji imkanlar genişdir və əgər bu deyilənlər doğru olsaydı bu imkanlarla hər hansı bir fakt ortaya qoyulardı”.
Xanım Kaljurand millət vəkilimizə ətraflı məlumat üçün təşəkkür etdi və bildirdi ki, sabah AP-də bölgədə baş verən hadisələrlə bağlı geniş müzakirə olacaq. Bu baxımdan ona verilən məlumatlar hadisələrin əsl mahiyyətini başa düşmək üçün çox faydalıdır. Xanım Kalyurand bildirdi ki, Avropa İttifaqında bu məsələ ilə bağlı vahid mövqe yoxdur, yanaşmalar çox haçalanır. Sonda xanım Kalyurand Azərbaycanlı həmkarı ilə sıx-sıx təmasda olmaq və müntəzəm olaraq məlumat almaq istədiyini qeyd etdi. Həmsədrlər bu cür görüşlərin davamlı keçirilməsi haqqında razılığa gəldilər.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ