Sorğu
Оцените работу движка

06 Fev 16:41Siyaset

“Şərəfi olan millətin pulunu oğurlayıb ingilisə yedirtmir!“ - Deputata sərt sözlər

“Şərəfi olan millətin pulunu oğurlayıb ingilisə yedirtmir!“ - Deputata sərt sözlər


“Başım qarışıq olub bu gün, facebooka indi girirəm. Baxıram ki, deputat Cavanşir Feyziyev mən də daxil bir neçə jurnalisti təhqir edib, xarici kəşfiyyata işləyən, şərəfsiz və s adlandırıb. Niyə, nə üçün? Çünki Britaniya məhkəməsinin çıxardığı qərarı efirimizdən səsləndirmişik, bu pulların ölkədən necə çıxarılmasından danışmışıq, şərh vermişik. Əcəb eləmişik!”

Respublikaxeber.az xəbər verir ki, bu sözləri LAF TV-nin həmtəsisçisi Ləman Ələşrəfqızı Milli Məclisin deputatı Cavanşir Feyziyevin jurnalistlərin ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq deyib. Jurnalist daha sonra bunları qeyd edib:

“Hansı şərəfdən danışırsız, ay yoldaş deputat??? Şərəfi olan sizin kimi saxta yolla gedib parlamentdə oturmur. Şərəfi olan millətin pulunu oğurlayıb ingilisə yedirtmir! Sən o adamsan ki, bir ayağı amputasiya olunmuş, bir ayağı qanqrena vəziyyətdə olan əlilə kömək etmədin, dedin mən deputat maaşı ilə yaşayıram, amma milyonlarla funt sterlinqi ingilisə yedirdirsən. Bax, bu, ilahi ədalətdir! Bir yetimə, əlilə dərman pulunu qıymayan adama Allah belə rüsvayçı aqibəti yaşadır. Qaldı, xarici kəşfiyyat, agent-filan sayıqlamarına…yeddi arxa dönənini xaricdə bəsləyən sənsən. Agent də, casus da sizdən çıxar. Biz özünüz demiş, çörəyimizi bir smartfondan çıxardan adamlarıq. Amma bu daha şərəfli çörəkdir. Qətiyyən yaddan çıxartmayın”
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: