Sorğu
Оцените работу движка

15 Yan 13:43Siyaset

"Oqtay Əsədovun seçicilərinin şikayətləri varsa, mənə desinlər, cavablarını verim" - Səfa Mirzəyev

"Oqtay Əsədovun seçicilərinin şikayətləri varsa, mənə desinlər, cavablarını verim" - Səfa Mirzəyev

Abşeron rayonundan olan seçicilər Milli Məclisin deputatı, sabiq spiker Oqtay Əsədovun qəbuluna düşə bilmədiklərini bildiriblər. Onlar Milli Məclisə dəfələrlə getsələr də, sabiq spikerlə görüşə bilməyiblər.

Respublikaxeber.az məsələ ilə bağlı Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə əlaqə saxlayıb. O açıqlamasında Oqtay Əsədovla bağlı bunları deyib.

"Oqtay Əsədov Milli Məclisin iclaslarında iştirak edir. Elə axırıncı plenar iclasa da qatılmışdı. Seçicilərinin onunla bağlı nəsə şikayətləri varsa, mənə desinlər, mən də onların cavabını verim. Bu nə deməkdir, seçicilər sizlərə niyə şikayət edirlər? Qoy kimin nə şikayəti var, mənə müraciət etsin."

Qeyd edək ki, Oqtay Əsədov spiker postundan getdikdən sonra deputat kimi Milli Məclisin iclaslarında iştirak etmirdi. Bununla bağlı dəfələrlə yeri mətbuatda xəbərlər yazılıb.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi