Sorğu
Оцените работу движка

21 May 15:23Siyaset

Parlament sədri Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşdü

Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gəlib.

Oqtay Əsədov əvvəlcə ümummilli lider Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Milli Məclisin sədrinə park haqqında ətraflı məlumat verib.

Sonra parlament sədri Oqtay Əsədov Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyyə İnstitutuna gəlib.

Prezident İlham Əliyevin salamlarını çatdıran sədr qeyd edib ki, dövlətimizin başçısının birbaşa göstərişi ilə onun müalicəsi nəzarət altında saxlanılır. Dövlətimiz müalicə başa çatanadək yardımını əsirgəməyəcək.

Z.Quliyev ona göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib və milli qəhrəmanlarımızdan bəhs edən kitabı sədr Oqtay Əsədova təqdim edib.

Oqtay Əsədovu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev müşahidə ediblər.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi