Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Avq 14:51Olke
Oqtay Əsədov da danışdı
Milli Məclisin deputatı Oqtay Əsədov Respublikaxəbər.az-a açıqlamasında Prezident İlham Əliyevin ölkədə apardığı siyasətin ölkə vətəndaşları tərəfindən dəstəklənməsindən danışıb.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin ictimaiyyət arasına çıxaraq, onlarla ünsiyyətdə olması, qayğıları ilə maraqlanması, problemlərin yerindəcə həll edilməsi xalq və Prezident münasibətlərinin əyani sübutudur. Dövlətimizin başçısı əhali arasında böyük nüfuza malikdir, xalq onu sevir!”, - deyə Oqtay Əsədov Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu barədə sualı cavablandırarkən vurğulayıb.
Milli Məclisin sabiq spikeri bildirib ki, Prezident daim xalqın problemlərinə həssas yanaşır, Azərbaycan vətəndaşlarına həmişə diqqət və qayğı göstərir:
“Bunu, demək olar ki, indiyədək keçirilən bütün görüşlərdə də müşahidə etmişik. Cənab Prezident məmurlardan da birinci növbədə xalqın qayğısına qalmalarını tələb edir. Elə dövlətimizin başçısının avqustun 24-də Biləsuvar və Saatlı rayon İcra hakimiyyətlərinə başçı vəzifələrinə təyinat ilə əlaqədar videoformat qəbulunda da bu fikir öndə olub: “Siz öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz””.
Deputat ölkə başçısından sitatlar gətirib:
“Cənab Prezidentin dediyi kimi, bəzi hallarda bir sıra xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. İlham Əliyevin vurğuladığı kimi, onlar “özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar”.
Dövlət başçısı dəfələrlə deyib ki, bütün dövlət məmurları xalqın xidmətçisidir. Azərbaycan Prezidenti hər görüşündə heç kəsin xüsusi imtiyazının olmadığını bildirir. Amma bəzən qanunlar elə məmurlar tərəfindən pozulur. Yeni təyin edilmiş icra başçılarını videoformatda qəbul edən cənab Prezident haqlı olaraq söylədi ki, rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır: “İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq” deyən dövlətimizin başçısı bütün məmurları məişətdə də, işdə də nümunə olmağa, özlərini təvazökar aparmağa çağırıb. Cənab Prezidentin vurğuladığı kimi, “bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır””.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
MİNGƏÇEVİR ŞƏHƏR PŞ-NİN DYPB-İ CƏRİMƏ MEYDANÇASINI MUZEYƏ ÇEVİRDİ
Elyaz Yazan Xeyirxah iş adamının doğum gününü təbrik edib
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ