Sorğu
Оцените работу движка

18 İyl 10:09Olke

Türkiyəli iş adamlarından Azərbaycana dəstək

Türkiyəli iş adamlarından Azərbaycana dəstək

"Dünya birliyi tərəfindən təcavüzkar dövlət kimi ad çıxarmış Ermənistanın dost və qardaş Azərbaycana xain hücumu bütün TÜİB (“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi) ailəsini dərindən hiddətləndirib. Təkcə Azərbaycanın yox, eyni zamanda regionun sülh və əmin-amanlığını təhlükəyə atan, beynəlxalq hüququnun bütün norma və prinsiplərinə zidd olduğu şübhə doğurmayan, provakativ, insan tələfatı ilə nəticələnən bu cür əməlləri şiddətlə qınayırıq".
Bunu “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi İdarə Heyətinin sədri Hüseyin Büyükfırat bildirib.
O qeyd edib ki, istər iş adamları birliyi olaraq, istərsə də fərd olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq tapşırıqlarını gözləyirlər və yerinə yetirməyə hazırdırlar: 
"Türkiyə və Azərbaycan Prezidentləri arasındakı xalqlarımızın ruhuna uyğun səmimi dostluq, qardaşlıq və qarşılıqlı təəssübkeşlik münasibətlərinə hər cür töhfə vermək bizim üçün şərəfdir. Əhd edirik, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşada Türkiyə-Azərbaycan qardaşlığının rəmzi və düşmənə gözdağı olan əzəmətli abidə ucaldacağıq!
İnşallah, o gün uzaqda deyil. Vətənimizi qoruyarkən şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Zəfər bizimlə olsun!"




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi