Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
Finlandiyada 28 May - Respublika Günü qeyd olunub
Finlandiyanın Espoo şəhərinin Nuuksio Beynəlxalq Parkında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir pandemiya şəraitinin qaydalarına uyğun keçirilib.
Tədbirdə azərbaycanlılarla yanaşı, yerli ictimaiyyət nümayəndələri, türk icmasının üzvləri, iş adamları və fəal gənclər iştirak ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Finlandiya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi və Azərbaycan-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova qonaqlara 28 May – Respublika Gününun tarixi barədə məlumat verib.
Azərbaycanlı Nəzrin Nəsibova isə tarixi günlə bağlı təqdimatla çıxış edərək bildirib ki, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb.
Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını da məhz ulu öndər Heydər Əliyev qoyub. Bu gün də Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan gündən-günə dünyadakı nüfuzunu artırmaqda davam edir.
Eyni zamanda tədbirdə bu günlərdə Azərbaycanın Ermənistan tərəfindən 28 ildir işğal olunmuş Şuşa şəhərində qondarma andiçmə mərasimi ilə bağlı etiraz bəyanatı qəbul olunub. Bəyanatın beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Finlandiyadakı nümayəndəliklərinə göndərilməsi qərara alınıb.
Tədbirın bədii hissəsində Mona Safojifar Səməd Vurğunun “Azərbaycan” şeiri və Müslüm Maqomayevin Azərbaycan mahnısını ifa edib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi