Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
08 May 16:00Olke
Moldovanın məşhur nəşri Şuşanın işğalından yazdı
Bu gün Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.
Mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalının ildönümü yalnız Azərbaycan mətbuatında deyil, eyni zamanda bir çox dünya KİV-lərində işıqlandırılıb.
Elə Moldovanın ən məşhur nəşrlərindən sayılan “Tribuna” nəşri də “Şuşanın işğalından 28 il ötür” başlığı ilə oxucularına və bütün dünya ictimaiyyətinə bu həqiqəti çatdırmağı özünə borc bilib:
“28 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Şuşa şəhəri işğal edilib.
Şuşa – Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəyli, şairə Xurşudbanu Natəvan, azərbaycanlı müğənni Bülbül və bir çox başqaları da daxil olmaqla məşhur mədəniyyət xadimlərinin yaşadığı və yaratdığı Azərbaycan mədəniyyətinin beşiyidir. Azərbaycan təbiətinin bənzərsiz mənzərəli guşələrindən birində yerləşən Şuşa milli memarlıq və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. 1977-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsinin tarixi-memarlıq qoruğu elan edilməsi haqqında” qərar qəbul edildi.
Zəngin tarixi keçmişə sahib, Qarabağın mühüm iqtisadi, siyasi və mədəni mərkəzi - Azərbaycanın Şuşa şəhəri xalqın qəlbində və zehnində xüsusi yer tutur.
Azərbaycanın ən zəngin mədəniyyət-tarix mərkəzlərindən biri olan Şuşanın tutulması ilə Dağlıq Qarabağın işğalı başa çatıb”, - “Tribuna” nəşrinin “Şuşanın işğalından 28 il ötür” başlıqlı məqaləsində qeyd olunur.
Moldovanın nüfuzlu nəşri həmçinin Şuşanın işğalı ilə bağlı statistik məlumatları təqdim edib, ermənilər tərəfindən bir çox mədəniyyət nümunələrinin, tarixi abidələrin məhv edildiyini vurğulayıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi