Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
ABŞ ştatında 28 May - Azərbaycan Respublika Günü elan olundu
Florida ştatının Hallandeyl şəhərinin meri Coy Kuper 2020-ci il mayın 28-nin Azərbaycan Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.
Məlumatda bildirilir ki, Mer C.Kuper digər rəsmilərlə birlikdə sakinlərlə mayın 20-də keçirdiyi virtual görüşdə Bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təsisçisi və prezidenti, soydaşımız Töhfə Eminovaya təqdim edib və təşəbbüsü üçün ona təşəkkürünü bildirib. Görüş zamanı mer Kuper bəyannaməni izləyicilərin diqqətinə çatdırıb.
Bəyannamədə ABŞ-da yaşayan azərbaycanlıların Floridada yüksək fəallığı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələri, 2006-cı il oktyabrın 26-da təsis edilmiş Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolu qeyd edilib.
Eyni zamanda, mətndə Azərbaycanın universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olduğu və ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.
C.Kuper hər il 40 milyondan çox azərbaycanlının və 400 min azərbaycanlı amerikalıların bu bayramı qeyd etdiyini, Cümhuriyyət qurucularının töhfələrini, Qafqaz regionunda və daha böyük bölgələrdə azadlıq və demokratiyanın yayılmasında rolunu vurğulayıb.
Sənəddə mayın 28-nin təkcə 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü olmadığı, eyni zamanda, bunun ABŞ ilə Azərbaycan arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib. Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi fəaliyyətini davam etdirir və başqalarını bəşəriyyət və demokratiyanın ümumi dəyərləri haqqında məlumatlandırır.
Sonda mer Kuper 2020-ci il mayın 28-ni Azərbaycan Respublika Günü elan edərək Hallandeyl şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.
Çıxışında C.Kuper Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə ABŞ-da yaşayan Azərbaycan icması və ölkəmizin ABŞ-dakı səfirliyinin birgə keçirəcəyi virtual tədbirə dəvətə görə təşəkkürünü bildirib və mer ofisinin iştirak etməkdən məmnun olacağını diqqətə çatdırıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ