Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Yan 10:15Sehiyye
İnsanın Psixalogiyası, 2 saylı Psixatriya xəstəxanasında baş verənləri eşidəndə pozulur!!!
Respublikaxəbər.az-a daxil olan məlumat, insanın əsəblərini gərginləşdirir....
Məlumatı qeyd etməmişdən öncə bütün dəyərli izləyici dostlarımızı salamlayır, həmçinin xəbərlərimizi oxuyaraq, gözlərinizi yorduğunuz üçün gözlərinizin daha işıqlı olmasını uca Allahdan arzu edirik və yüksək səviyyədə təşəkkürümüzü bildiririk.
Dəyərli dostlar!
Məlumunuz kimi bir-neçə gün bundan öncə yuxarıda adını qeyd etdiyim "2 Saylı Psixatriya Xəstəxanasında baş vermiş bir-neçə qanunsuzluqlar barəsində məlumat vermişdik. Lakin, müraciət müəllifinin verdiyi məlumat günü-gündən genişləndiyi üçün Siz dəyərli izləyicilərə daha ətraflı məlumat vermək istədik.
Həmçinin bu məlumatı verdiyimiz üçün bütün aidiyyatı Hüquq-Mühafizə orqanlarından da xahiş etmişik və xəbər portalımız vasitəsi ilə də təkrar xahiş edirik ki, həmin xəstəxananın ümumi fəaliyyəti ilə bağlı geniş araşdırma apararaq, barələrində qanunvericiliyin tələblərinə uyğun şəkildə ciddi tədbir görülməsini təmin edilsin. .
Hörmətli Hüquq-Mühafizə Orqanları!
Hörmətli dəyərli izləyici dostlar!
Məlumat üçün bildiririk və diqqətinizə çatdırırıq ki, bir-neçə gün bundan öncə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi ev 70 ünvanında yaşayan vətəndaş, Hüseynov Pərviz Mübariz oğlu, redaksiyamıza məlumat verərək, Paytaxtın Nəsimi Rayon ərazisində yerləşən 2 saylı Psixatriya xəstəxanasında bir-çox qanunsuzluqların mövcud olduğunu bildirmişdir.
Müraciət müəllifinin bildirdiyi qanunsuzluqları qısa olaraq diqqətinizə çatdırım ki, müraciət müəllifinin dediyinə görə
həmin xəstəxanada Baş Tibb Bacısı vəzifəsində işləyən, qohumu Hacıyeva Nəzakət Qərib qızı, Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 32-saylı seçki məntəqəsinin məntəqə seçki komissiyasının katibi vəzifəsini icra etməsi məqsədi ilə 9 dekabr 2023-cü il tarixindən 13 fevral 2024-cü il tarixinədək əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq, işdən azad edilməsi barədə arayış verilmiş, Buna baxmayaraq, 13 dekabr 2023-cü il tarixində Nəzakət Hacıyeva, rəsmiyyətdən kənar işə çağırılmış və işçilər arasında olan cüzi narahatçılığa görə rəsmi Nəzakət Hacıyevanın barəsində şiddətli töhmət verilməsi barədə rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir.
Bundan əlavə müraciət müəllifi onu da qeyd etmişdir ki, şöbə müdiri Aynur Şəkiliyevanın rüşvətxorluqla məşğul olmasına dair (fərqli-fərqli vətəndaşlardan xeyli miqdarda rüşvət almaqla, onlara saxta qazilik vəsiqəsini düzəltməsinə dair)əsaslı sübutlar mövcuddur.
Eləcə də Xəyalə adlı Tibb bacısının xəstəyə şiddət göstərərək onun pulunu mənimsəməsi barədə məlumatının olduğunu demişdir.
Etiraf edək ki, İlqar Əfəndiyevin seçki məntəqəsinə katib təyin olunmuş Nəzakət Hacıyeva ilə ədavət apararaq qərəzli hərəkətlər etməsi və həmçinin şöbə müdiri Aynur Şəkiliyevanın vasitəsi ilə onu sıxışdırmasını Prezident seçkilərinə mane olaraq, təxribat xarakteri kimi də qiymətləndirilə bilər.
Hər kəsə məlum oldu ki, həmin xəstəxanada çox qanunsuzluqların olduğu deyildi, lakin, hələ bununla da bitmədi, Onu da qeyd edək ki, xəstəxanada işləyən bir-neçə işçilərin (Buxalteriya şöbəsində) icra etdiyi vəzifəni daşıma səlahiyyətinin olmaması, bir-neçə gün bundan öncə həmin xəstəxanada xəstənin vəfat etməsi barədə məlumat da əlavə olunmuşdur.
Odur ki, müraciət müəllifi olan Pərviz Mübariz oğlu Hüseynovun verdiyi məlumati diqqətinizə çatdıraraq, həmin xəstəxananın baş həkimi İlqar Əfəndiyevin, eləcə də əlbir olaraq, ədalətsiz
şəkildə Aynur Şəkiliyeva ilə birləşərək, Nəzakət Hacıyeva ilə nəzakətsiz davranmaları məsələsinin, eləcə də Aynur Şəkiliyevanın digər şəxslərlə cinayət əlaqələrinə girməsinin, həmçinin Xəyalə adlı tibb bacısının xəstələrlə amansız davranaraq, onlara təzyiq göstərərək qidalarını və pullarını alması məsələsini, bir sözlə desək xəstəxananın ümumi fəaliyyəti ilə bağlı tam, obyektiv, qərəzsiz, doğru-dürüst və hərtərəfli araşdırma apararaq barələrində qanunvericiliyin tələblərinə uyğun şəkildə qanunamüvafiq tədbir görülməsi, nəticəsi barədə də redaksiyamıza məlumat verilməsi üçün Hüquq-Mühafizə orqanlarından bir daha qanunamüvafiq göstəriş vermələrini xahiş etmişik.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi